26 Noyabr 2011 01:11
383
SİYASƏT
A- A+

Almaniyanın «Thüringer Zeitung» qəzetində Azərbaycan haqqında söhbət açılmışdır

 

Almaniyanın "Thüringer Zeitung"  qəzetinin 2011-ci il 18 noyabr tarixli sayında almaniyalı jurnalist  Rixard Kisslerin Azərbaycan haqqında "Təbii qaz təzyiq vasitəsi kimi" adlı məqaləsi dərc olunmuşdur.

Məqaləyə Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20 Yanvar faciəsi haqqında məlumatla giriş verilir. 1990-cı ilin 20 yanvarında müstəqillik tələb edən nümayişçilərə atəş açılması əmrini verən və nəticədə sovet əsgərləri tərəfindən 130 nəfərin öldürülməsinə gətirib çıxaran hadisənin səbəbkarı Mixail Qorbaçovun Azərbaycanda sevilmədiyi bildirilir.

Daha sonra müstəqil Azərbaycanın müstəqil neft və qaz siyasəti həyata keçirməsi haqqında danışılır. Avropanın uzaq şərqində yerləşən Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında körpü rolunu oynaması isə onun qonşuları tərəfindən razılıqla qarşılanmadığı bildirilir.

Müəllif Azərbaycanda gedən iqtisadi inkişafın Bakıdakı təzahürlərini müsbət tonlarla təsvir etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinə keçir. Qeyd edir ki, Ermənistan xarici havadarlarının köməyi ilə 1994-cü ildən Dağlıq Qarabağı işğal altında saxlayır. Buranın  azərbaycanlı sakinləri isə qovulmuş və yaxud da öldürülmüşdür. Müəllif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan sitat gətirir ki, Azərbaycan işğal olunmuş əraziləri sülh danışıqları yolu ilə geri qaytarmaq istəyir, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın bu haqqını təsdiq etmişdir.

Müəllif bildirir ki, qoşunların təmas xəttində atışmaların baş verməsi narahatlıq doğurur, çünki Cənubi Qafqazda yeni müharibənin başlaması Avropa üçün dəhşətli ssenari olardı. Avropanın enerji təhlükəsizliyinə istiqamətlənmiş "Nabukko" layihəsi təhlükə altına düşmüş olardı. Ona görə də Ermənistanın yaxın havadarlarının "Nabukko" investorlarını qorxutmaq və bu yolla da enerji bazarına nəzarəti əlində saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini "zəif odda saxlaması" təəccüb doğurmur. Bakıda isə Qərbin etinasızlığına etiraz olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video