21 Sentyabr 2012 01:09
580
Elm və texnika
A- A+

Almaniyanın «Springer» Beynəlxalq elmi bazasının İstanbul ofisi Azərbaycan alimlərini innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edəcəkdir

 

Türkiyədə Almaniyanın "Springer" Beynəlxalq elmi bazasının İstanbul ofisinin açılışı olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, yeni açılmış ofis vasitəsilə Azərbaycan, Yunanıstan, Kipr, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın "Springer"in arxiv materiallarına, həmçinin yeni nəşrlərə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) onlayn çıxışı təmin olunacaqdır.

İstanbul ofisi universitet kitabxanaları, elmi-tədqiqat institutları və digər elm və təhsil ocaqları üçün baş əlaqə mərkəzi kimi fəaliyyət göstərəcəkdir.

"Springer" Beynəlxalq elmi bazasının İstanbul ofisinin açılışında nəşriyyatın prezidenti Peter Hendriks, Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktor Sıtkı Aktaş və müvafiq ölkələrdən alim və mütəxəssislər, o cümlədən AMEA ilə "Springer" arasında əməkdaşlıq çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, texnika elmləri doktoru Ramiz Alıquliyev və Təhmasib Fətəliyev iştirak etmişlər. 

Aparıcı elmi nəşriyyat kimi tanınan "Springer" akademiya, korporativ tədqiqat və inkişaf bölmələri və elmi-tədqiqat institutlarını keyfiyyətli innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edir. Burada hər il təxminən 2000 jurnal və 7000-dən artıq yeni kitab nəşr olunur. Elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan beynəlxalq elmi bazanın dünya üzrə əməkdaşlarının sayı 6200 nəfərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video