06 Dekabr 2011 12:12
437
DÜNYA
A- A+

Almaniyanın sabiq müdafiə naziri yenidən plagiatda ittiham olundu

 

Plagiatla mübarizə üzrə "GuttenPlag" hərəkatının fəalları Almaniyanın sabiq müdafiə naziri Karl-Teodor tsu Quttenberqi 2004-cü ildə çap etdirdiyi "Türkiyə-Aİ münasibətləri" yazısında qəzet məqalələrindən istifadə etməkdə təqsirləndirmişlər. Bu barədə "Velt" qəzetinə istinadən DPA agentliyi xəbər verir.

Quttenberq bu ittihamların yersiz olduğunu bildirmişdir. Onun dediyinə görə, sözügedən məqalə elmi iş deyil və beynəlxalq münasibətlər problemlərinə həsr olunmuşdur.

Xatırladaq ki, bundan əvvəl, 2006-cı ildə yazdığı doktorluq dissertasiyasında başqa müəlliflərin materiallarından qanunsuz istifadə etməkdə təqsirləndirilən Quttenberq nazir vəzifəsindən və elmi dərəcədən məhrum olmuşdur. Bu il noyabrın axırlarında Almaniya prokurorluğu təhqiqatı dayandırmışdır. "Frans Press" agentliyinin verdiyi xəbərə görə, keçmiş nazir xeyriyyə işləri üçün 20 min avro ayırdıqdan sonra istintaq işə xitam vermişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video