18 Oktyabr 2011 03:10
402
DÜNYA
A- A+

Almaniyanın sabiq müdafiə naziri plagiata görə cəzalandırılmayacaq

 

Almaniyanın sabiq müdafiə naziri Karl-Teodor tsu Quttenberqə qarşı plagiatla bağlı cinayət işinə yaxın həftələrdə xitam veriləcəyi gözlənilir. "Leipziger Volkszeitung" qəzetinin xəbərinə görə, siyasətçiyə qarşı heç bir ittiham irəli sürülməyəcək.

Quttenberq sosial, yaxud ictimai-siyasi təşkilata kompensasiya qismində müəyyən məbləğ ödəməli olacaq. Bu halda plagiat ittihamına görə həm elmi dərəcədən, həm də nazir postundan məhrum olmuş Quttenberq mühakimə edilməyəcək.

Prokurorluğun nümayəndəsi Rayner Layb bu məlumatı şərh etməkdən boyun qaçırmışdır. O bildirmişdir ki, istintaqa heç bir siyasi təzyiq göstərilməmişdir.

Xatırladaq ki, sabiq nazirin ətrafında qalmaqal fevral ayında başlamışdır. Onu müvafiq istinadları tərtib etmədən bir neçə mənbədən sitat gətirməkdə günahlandırmışdılar. Quttenberq bu ittihamları rədd edirdi. Bununla belə, mart ayında müdafiə naziri vəzifəsindən istefa vermişdir. Sonra Quttenberq ABŞ-a köçmüş, oradakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində işləməyə başlamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video