17 Iyul 2021 14:44
798
DÜNYA
A- A+

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb

 

Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 133 nəfərə yüksəlib, mindən çox insan isə itkin düşmüş hesab olunur.

AZƏRTAC Avropa KİV-inə istinadla xəbər verir ki, təbii fəlakətdən ən çox ziyan çəkən Reynland-Pfalz federal əyalətində 90-dək insan həyatını itirib. Daha 43 nəfər isə qonşu Şimali Reyn-Vestfaliya əyalətində həlak olub. Ölü sayının artacağı istisna edilmir. AFR Kansleri Angela Merkelin sözlərinə görə, faciənin tam miqyası barədə danışmaq hələ tezdir.

Avropanın mərkəzi hissəsində daşqınlar həftənin ortalarında uzun sürən şiddətli yağışlar səbəbindən başlayıb. Kəskin hava şəraitinin təsirinə Almaniya ilə yanaşı, Niderlandın, Fransa və Belçikanın bir sıra regionları da məruz qalıb. Belçikada 20-dən çox insanın öldüyü bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video