22:32 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Almaniya parlament seçkiləri ərəfəsində

ANA SƏHİFƏ / DÜNYA
00:46 19.09.2021

 

AFR-in yeni kansleri kim olacaq

 

Sentyabrın 26-da Almaniyada keçiriləcək parlament seçkilərinin günü yaxınlaşdıqca, orada gələcək hökumət koalisiyasının perspektivləri də bir o qədər fəal müzakirə edilir. Partiyaların heç birinin 30 faiz səs qazanmayacağı halda yeni koalisiyanın formalaşdırılması üçün 3, bəlkə də 4 siyasi qüvvənin razılığı tələb olunacaq. Bu, hansı partiyalar olacaq və kim - mühafizəkarlar, yaxud sosial-demokratlar lider rolunu öz üzərlərinə götürəcəklər? Hələ ki, bunu yalnız ehtimal etmək olar.

YouGov tədqiqat şirkətinin dərc etdiyi sorğunun nəticələrinə görə, əgər ümumi səsvermə bu bazar günü baş tutsaydı, nəticə belə olardı: Almaniya Sosial-Demokrat Partiyası (ASDP) - 25 faiz, Xristian-Demokratik və Bavariya Xristian-Sosial ittifaqlarından (XDİ və XSİ) olan mühafizəkarlar - 20 faiz, “Yaşıllar” partiyası - 15 faiz səs. Nisbətən kiçik partiyalardan Bundestaqda yəqin ki, Azad Demokratik Partiya (ADP, 10 faiz), “Almaniya üçün alternativ” (11 faiz) və “Solçular” (8 faiz) yer alacaq. Rəqəmlər dəyişə bilər, lakin bütün sorğular göstərir ki, bu dəfə nə birpartiyalı, nə də əvvəllər olduğu kimi, ikipartiyalı hökumət yaratmaq mümkün olacaq. Deməli, yaxın 5 ildə Almaniyanı hansı koalisiyanın idarə edəcəyi sualının cavabı hələ açıq qalır.

2005-ci ildə XDİ ilə ASDP arasında ilk hökumətin formalaşdırılması üçün danışıqlar iki ay vaxt aparmışdısa, bu dəfə Angela Merkel çətin ki, postunu yeni kanslerə belə tez ötürə bilsin. Çox güman ki, Merkel hökumətin sədri kürsüsündə ən azı Miladadək qalacaq. Məsələn, keçən dəfə XDİ, XSİ və ASDP arasında koalisiya müqaviləsi 2017-ci ilin sentyabr seçkilərindən təxminən yarım il sonra imzalanmışdı.

Seçkilər yaxınlaşdıqca siyasi debatlarda “sarı”, “qırmızı”, “yaşıl”, “qara” sözləri də bir o qədər tez-tez səslənir. Bu, mümkün koalisiyaları tanıtmaq üçün siyasi birliklərin ənənəvi olaraq istifadə etdikləri rənglərdir. Burada yalnız “mavi” rəng xüsusi yer tutur - ifrat sağçılara doğru yuvarlanan “Almaniya üçün alternativ” partiyasının sağçı populistləri ilə ölkədə heç kim hökumət qurmaq istəmir.

Elə əsas mümkün kombinasiyaları da barmaqla saymaq olar. Bu zaman ənənəvi olaraq “Böyük koalisiya” - XDİ/XSİ mühafizəkarları ilə ASDP-nin ittifaqı xatırlanır. Lakin onların hökuməti formalaşdıra biləcəkləri hələ sual altındadır. Belə ki, ASDP-nin hökuməti formalaşdırmaq üçün mandat əldə etmək şansının daha çox olduğunu nəzərə alsaq, bu halda XDİ-ni koalisiya üçün kiçik tərəfdaş rolu gözləyir. “Mən koalisiyaya kiçik tərəfdaş kimi daxil olmaq istəmirəm” deyən mühafizəkarların namizədi Armin Laşet səslərin əksəriyyətini qazanmaq və kansler postuna öz namizədliyini irəli sürmək hüququ əldə etmək üçün mübarizə aparacağını bildirib. Digər variantlarda isə kiçik partiyalarsız ötüşmək mümkün olmayacaq. Onu da qeyd edək ki, kiçik partiyalar hökumətin formalaşmasının onlardan asılı olduğunu anlayaraq, koalisiya sazişinin ən yaxşı şərtlərini əldə etmək üçün bütün səylərdən istifadə edəcəklər. Demək, danışıqlar aylarla uzana bilər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM