11:24 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Alman qəzeti: Türk PUA-ları Almaniya ordusunu tədbir görməyə məcbur edib
ANA SƏHİFƏ / DÜNYA
17:27 08.04.2021

 

Almaniyanın Frankfurt Allgemeine Zeitung qəzeti Azərbaycanın istifadə etdiyi Türk PUA-larının 190-dan çox erməni tankını və zirehli maşınını məhv etməsinin Almaniya ordusunda şoka səbəb olduğunu yazıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qəzetdə dərc olunan məqalədə Türk PUA-larının Azərbaycandakı uğurlarının alman ordusunu tədbir görməyə məcbur etdiyi bildirilir. Müdafiə Nazirliyinin Almaniya ordusunun hava müdafiə sisteminin PUA-ların qarşısını almaq baxımından yetərsiz olduğunu qəbul etdiyi vurğulanır. Qeyd edilir ki, müdafiə naziri Annegret Kramp Karrenbauer bu problemi aradan qaldırmaq məqsədilə hava müdafiə sistemini yenidən qurmaq üçün bir sıra təkliflər hazırlayıb.

Almaniyanın hava müdafiə sisteminə ehtiyac görmədiyi üçün 2013-cü ildən bəri heç bir modernəşdirmə aparmadığı bildirilən məqalədə deyilir: “İndi PUA hücumlarının təhdidi səbəbindən hava müdafiə sisteminin təcili dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr mükəmməl vəziyyətdə deyil. Amma alman ordusunun PUA hücumlarına qarşı haradasa müdafiəsiz olduğunun qəbul edilməsi sürpriz oldu”.

Yazıda, həmçinin bildirilir ki, İsrail və Türkiyə istehsalı olan Azərbaycan PUA-ları 190-dan çox erməni tankını və zirehli maşınını məhv etdi. Hücumlar qarşısında müdafiəsiz qalan erməni əsgərləri qoxuya düşdü. Bununla bağlı xəbərlər alman ordusunda şok yaratmışdı.

Məqalədə o da qeyd olunur ki, indi Almaniya Müdafiə Nazirliyinin 13 milyard avrodan yuxarı dəyərə malik hava müdafiə sistemi üçün planları var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM