12:42 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Allahşükür Paşazadə: Azərbaycanda bütün dini konfessiyalara öz dini ayinlərini yerinə yetirmələri üçün bərabər şərait yaradılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:41 15.09.2021

 

Xəbər verdiyimiz kimi, sentyabrın 12-14-də İtaliyanın Bolonya şəhərində “G20 VIII Dinlərarası Forum” keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə forumun “Avrasiyada dini amillər: çağırışlar və imkanlar” adlı sessiyasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, şeyxülislam, ilk növbədə, İtaliyanın G20-yə sədrliyi çərçivəsində VIII Dinlərarası Foruma dəvət olunduğuna və göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dini konfessiyalarını təmsil edən nümayəndə heyəti adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Dinlərarası Forumun iştirakçılarına çatdırıb.

Şeyxülislam terrorizmə, zorakılığa, irqi və dini ayrı-seçkiliyə son qoymağa çağırıb, sülhü və əmin-amanlığı tərənnüm etməyi, qaçqınlara, məcburi köçkünlərə, miqrantlara qayğı ilə yanaşılması, dini etiqad azadlığı, uşaq və qadın hüquqlarının qorunması və sair bu kimi vacib problemlərə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

QMİ sədri Moskva və bütün Rusiya Patriarxı Kirillin foruma ünvanladığı müraciətdə bu tədbirin sülh və əmin-amanlıq naminə dinlərarası və mədəniyyətlərarası dialoqun dərinləşməsində rol oynayacağı barədə fikirlərini yüksək dəyərləndirib. Şeyxülislam Roma Papası I Fransiskin koronavirusun və iqlim dəyişikliyi problemlərinin bir-biri ilə bağlı olması, bütün bəşəriyyət üçün qlobal təhlükəyə çevrilməsi barədə dünya ictimaiyyətinə çoxsaylı xəbərdarlıqları, bu problemlərə həssas diqqətini xüsusi qeyd edib. QMİ sədri forumda şəxsən iştirak edən və onun işinə uğurlar arzulayan Konstantinopol Patriarxı I Varfolomeyə də minnətdarlığını bildirib.

Şeyxülislam dünyanı təhdid edən təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının, qlobal dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, müasir dövrdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları siyasi-ictimai təhlükəyə çevrilib. QMİ sədri xüsusilə qeyd edib ki, nə yəhudi, nə xristian, nə də İslam dini insan ölümünə, terror və təhqirə haqq qazandırmır.

QMİ sədri vurğulayıb ki, Azərbaycan Respublikası öz suveren hüquqlarına əsaslanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin Nizamnaməsinə, qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə və digər beynəlxalq təşkilatların qərarlarına uyğun şəkildə ölkəmizə qarşı Ermənistanın 30 ilə yaxın müddətdə davam edən təcavüzünə son qoyub və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilib.

"Torpaqlarımız işğaldan azad edildikdən sonra acınacaqlı faktlar üzə çıxıb. Həmin ərazilərin minalanması səbəbindən bu günədək çox sayda mülki insan həlak olub və ya yaralanıb. Burada əvvəllər mövcud olmuş məscidlərin əksəriyyəti tamamilə dağıdılıb, qəbiristanlıqlar, digər dini ibadətgahlar, o cümlədən Rus Pravoslav və Qafqaz Alban kilsələri mənsubiyyətinin dəyişdirilməsi kimi vandalizm aktlarına məruz qalıb. İşğaldan azad edilmiş torpaqlarda hazırda yenidənqurma işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, bu ərazilərdə zərər çəkmiş, orada mövcud olan bütün dini konfessiyaların məbədləri bərpa ediləcək, yeniləri inşa olunacaq. Azərbaycanda bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Ölkəmizdə bütün dini konfessiyalara öz dini etiqadını ifadə etməsi, ibadətlərini, dini ayinlərini və mərasimlərini yerinə yetirmələri üçün dövlət tərəfindən bərabər şərait yaradılıb", - deyə şeyxülislam vurğulayıb.

“Beynəlxalq İslam Missiyası” Təşkilatının sədri Şafiq Pşixaçev Rusiyada İslamın müasir tarixindən bəhs edərkən Sovet İttifaqının dağıldığı zaman şeyxülislam Allahşükür Paşazadənin Rusiyanın müsəlman qurumlarına verdiyi böyük mənəvi dəstəyi, İslam dininin həqiqi simasının qorunub saxlanmasında müstəsna töhfələrini vurğulayıb və buna görə Qafqaz xalqlarının QMİ sədrinə dərin minnətdarlıq hissi bəslədiyini deyib.

Sessiyada Piza Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Andrea Ciannottinin, Özbəkistanın İtaliyadakı səfiri Otabek Əkbərovun, Maltanın Vatikandakı səfiri Antonio Zanardi Landinin və başqalarının çıxışları dinlənilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM