08 Aprel 2012 02:04
567
Elm və texnika
A- A+

Alimlər taxılı anbarlarda pestisidsiz saxlamağın üsulunu tapıblar

 

Avadanlığı isə hələ yaratmaq lazımdır

 

Taxılın anbarlarda müəyyən müddətə itkisiz saxlanılmasının çətinliyi  kənd təsərrüfatı subyektlərinin ciddi problemlərindəndir. İnkişaf etmiş dövlətlər müasir texnoloji-texniki imkanlar hesabına itki kütləsini 9 faizə endirə bilsələr də, digər ölkələrdə bu göstərici 20 faizdən yüksəkdir. Bəzi hallarda ümumiyyətlə taxıl itkisi 100 faizə belə çatır.

Bununla belə, hətta itki dərəcəsi aşağı olsa da,  məhsula  ziyanverici həşəratların düşməsi  onun növünü aşağı salır. Bu, həm də insan sağlamlığı üçün təhlükəlidir. Taxıl məhsullarının anbarlarda saxlanılmasında istifadə olunan pestisidlər (ziyanvericilərə qarşı tətbiq edilən kimyəvi zəhərli dərmanlar) də həm insanlar, həm də digər canlılar üçün mənfi təsirli xarakteristikaya malikdir. Pestisidlər möhkəm-dayanıqlı olduqlarından müxtəlif yollarla tətbiq olunduqları yerdən xeyli uzaqlara yayılır, nə qədər təəccüblü görünsə də, ötən əsrin 60-cı illərində Antarktidada belə bəzi pinqvinlərin qaraciyərində pestisid qalıqlarına rast gəlinib. Hazırda bir sıra ölkələrdə pestisidlərin bəzi növlərinin istifadəsindən tamamilə imtina edilib. Ancaq ucuz başa gəldiyindən onun digər növlərindən hələ də geniş istifadə olunur.

Orxus Universitetinin (Danimarka) alimləri problemin həlli - anbar ziyanvericiləri ilə mübarizədə ekoloji cəhətdən təhlükəsiz yeni üsul fikirləşdiklərini bildiriblər. Mütəxəssislər taxılın ziyanvericilərdən qorunmasında ənənəvi pestisidlər əvəzinə ozondan istifadəni təklif ediblər. Bunun üçün isə  müvafiq avadanlıq düzəltmək lazımdır.

Danimarkalı alimlərin iddiasına görə, taxılı anbarda ozonlaşdırmaqla onun daha səmərəli və təhlükəsiz tərkibdə saxlanılmasını təmin etmək mümkündür. Anbar ziyanvericilərinin növünə və inkişaf mərhələsinə uyğun doza seçilməsi, eləcə də təsir tezliyini tənzimləməklə effektlilik dərəcəsini  optimal səviyyəyə qaldırmaq olar. Eksperimental laboratoriya şəraitində təklifin səmərəliliyi sübuta yetirilib.

Qeyd edək ki, müəyyən miqdarda, hissə-hissə  istifadədə ozon ekoloji cəhətdən təhlükəsizidir və havaya keçdikdə qısa müddətdə oksigenə çevrilir.

Bununla belə, bu təklifin reallaşması üçün taxılı anbarlarda ozonlaşdıracaq, şəraiti nəzarətdə saxlaya biləcək xüsusi avadanlığa ehtiyac var və bu, məsələnin ən çətin tərəfidir. Belə ki, transformasiyaya qədər (emal zamanı və sonda ozonun oksigenə çevriləcəyi anadək)  insanı birbaşa ozon qazı ilə  təmasdan qoruyacaq, üstəlik müəyyən ağıllı sistemlərlə təchiz ediləcək  avadanlığın ərsəyə gətirilməsinin iqtisadi cəhətdən nə qədər səmərəli olacağı bəlli deyil. Başqa sözlə,  avadanlıq qiyməti, ölçüləri, daşınması, quraşdırılması, istifadəsi və qulluğu baxımından fermerlər üçün cəlbedici olacağı təqdirdə bazara çıxarıla bilər.

Elmi-tədqiqat  işinin detalları mütəxəssis qrupunun "Pest Management Science" jurnalında dərc edilən məqaləsində açıqlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video