18:46 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada rəsmi səfərdə olub
ANA SƏHİFƏ /
23:05 19.10.2021

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 17-dən 20-dək Sloveniya Respublikasının Ali Məhkəməsi və “CEELI Institute”nun birgə təşkilatçılığı ilə keçirilən Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin 11-ci konfransında iştirak etmək üçün Sloveniyanın Bled şəhərində rəsmi səfərdə olub.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaq olub.

Konfransın təntənəli açılış mərasimindən sonra hakimlər və məhkəmə şurasının rolu, məhkəmə müstəqilliyi, ədalət mühakiməsinin səmərəliliyi və əlçatanlığı, COVID-19 sonrası tədbirlər və nəticələr mövzularında məruzələr dinlənilib.

Konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev “Ədalət mühakiməsinin əlçatanlığı” mövzusunda çıxış edib.

Ali Məhkəmənin sədri son zamanlar ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi barədə konfrans iştirakçılarına məlumat verib. Kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən həmin islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Yeni islahatlara əsasən bu ilin oktyabrından etibarən ölkəmizdə kassasiya məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla, ancaq yazılı icraat qaydasında baxır. Bu qaydanın tətbiqi ilə artıq formal xarakter alan şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac olmur, Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edir. Ali Məhkəmənin sədri vurğulayıb ki, son zamanlar aparılmış islahatlar nəticəsində ölkəmizdə elektron məhkəmə informasiya sistemindən istifadə imkanları daha da genişləndirilir.

Ali Məhkəmənin sədri ölkəmizdə kassasiya məhkəməsinin daha səmərəli fəaliyyət göstərməsi üçün bir sıra vəzifələrin həyata keçirilməsindən söz açıb. Bu vəzifələr sırasında məhkəmə təcrübəsini yaratmaq və onun vahidliyini təmin etmək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə yönəlmiş sistemli və davamlı işlər görmək, ədalət mühakiməsinin keyfiyyətini artırmaq üçün məhkəmə sisteminin səmərəli idarəçiliyinə nail olmaq, hüquq və ədalət mühakiməsi ilə bağlı məsələlərdə davamlı təlim və tədris təşkil etmək, ədalət mühakiməsinin nüfuzunun artırılması üçün ictimaiyyətlə səmərəli əməkdaşlıq prioritet istiqamətlərdir.

Ali Məhkəmənin sədri səfər çərçivəsində ikili görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM