29 May 2019 14:58
2603
Qəbullar
A- A+

Aleksandr Çeferin Bakıda özünü çox rahat hiss edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA Avropa İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd etdi. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğuladı, onların paytaxtımızda özlərini çox rahat hiss etdiklərini dedi. UEFA-nın Prezidenti Aleksandr Çeferin Avropa Futbol Assosiasiyaları Birliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video