27 Aprel 2019 12:03
1729
CƏMİYYƏT
A- A+

Alça ən yaxşı tonuslandırıcı vasitələrdən biri hesab olunur


Alça yay pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir. Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a bildirib ki, mövsüm zamanı hər gün 10-15 ədəd alça yemək olar. Təzyiq problemi olanlar və qastrit, yəni mədəsində turşuluqdan şikayətlənənlərin ondan çox istifadə etməməsi məsləhətdir.

Alçanın xeyli faydalı xüsusiyyətləri var. Təbiətdə yabanı halda bitən alçadan xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan bəri alça ən əhəmiyyətli tonuslandırıcı vasitə hesab edilir. Ondan hazırlanan lavaş müalicəvi əhəmiyyətə malikdir. Alça qaraciyər, ürək, böyrək xəstəlikləri, revmatizm, həzm sistemindəki narahatlıq zamanı çox yaxşı təsir göstərir. Yetişmiş alça isə güclü öskürək və vərəm xəstəliyinin profilaktikası və müalicəsində mühüm əhəmiyyətə malikdir. Boğaz ağrıları zamanı da ondan istifadə etməyin faydası çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video