06 Oktyabr 2012 04:10
445
PARLAMENT
A- A+

Albaniya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir

 

ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Albaniyada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova oktyabrın 4-də bu ölkənin xarici işlər nazirinin müavini Selim Belortaja ilə görüşmüşdür.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimizin xarici siyasətinin prioritetləri, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətləri, beynəlxalq və regional məsələlər, diplomatik əlaqələrimizin inkişafı və bir sıra digər aktual məsələlər müzakirə edilmişdir. Azərbaycanın enerji imkanlarından dost Albaniyanın da bəhrələnməsi üçün mövcud layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Selim Belortaja ölkəsinin dost Azərbaycan ilə ticarət əlaqələrinin, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayaraq son vaxtlar dinamik xarakter  alan qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Bahar Muradova demişdir ki, parlament diplomatiyası xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin genişlənməsində xüsusi rola malikdir. Odur ki, xalqlarımızın yaxınlaşması üçün mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirmək lazımdır.

Bütün demokratik, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verildiyini, azad, demokratik vətəndaş cəmiyyəti quruculuğunda insan amili və onun fundamental hüquqlarının qorunmasının prioritet vəzifə olduğunu  diqqətə çatdıran  B.Muradova, bu hüquqlar içərisində hər bir insanın öz evində və yurdunda yaşamaq haqqının mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. O, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtması üçün ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların beynəlxalq hüququn prinsiplərinə uyğun birgə fəaliyyət göstərmələrinin vacibliyini qeyd etmişdir.

Təcavüzkar dövlətin işğalçılıq siyasətinin nəticəsi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verən B.Muradova Macarıstan tərəfindən  məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun verilməsindən sonra Ermənistanın Azərbaycana qarşı yeni kampaniyaya başladığını diqqətə çatdırmışdır. O, özünün də parlamentdə təmsil etdiyi doğma yurdlarından qaçqın düşmüş əhalinin pozulmuş hüquqlarının tezliklə bərqərar olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində beynəlxalq səylərin müsbət nəticə verəcəyinə əminliyini ifadə etmişdir.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən Azərbaycan parlamenti Sədrinin müavini bu təmasların intensiv xarakter almasına əsaslanaraq ölkələrimizin bundan sonra da beynəlxalq aləmdə bir-birinə qarşılıqlı dəstək verəcəyinə inandığını bildirmişdir.

Bahar Muradova Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli Qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bu il 1 oktyabr tarixli Bəyanatının surətini S.Belortajaya təqdim etmişdir.

Görüşdə Azərbaycanın Albaniyadakı səfiri Rəhman Mustafayev iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video