01 May 2020 15:52
1794
Elm və texnika
A- A+

Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, müşavirəni giriş sözü ilə açan akademik Ramiz Mehdiyev koronavirusla mübarizədə vaxtında qətiyyətli addımlar atmış Prezident İlham Əliyevə elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Akademik fəaliyyətini karantin rejiminin tələblərinə uyğunlaşdıran AMEA-da pandemiya dövründə bir sıra onlayn elmi tədbirlərin, beynəlxalq videokonfransların keçirildiyini, distant təhsilin uğurla davam etdirildiyini söyləyib. AMEA rəhbəri koronavirusdan qorunma üsulları ilə bağlı Azərbaycan alimlərinin televiziya kanallarında, çap və elektron mediada müsahibə və çıxışlar etməsini, məlumat xarakterli materiallar dərc etdirməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Akademik Ramiz Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırıb. Alim bundan sonra da onlayn konfranslara geniş yer verilməsi, elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması və müxtəlif elm sahələrinin bir-birilə inteqrasiyasının genişləndirilməsinin əhəmiyyətindən danışıb, karantin rejimindən sonra AMEA-nın qarşısında duran vəzifələrdən bəhs edib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov və İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov hesabat xarakterli onlayn çıxışlarında karantin günlərində keçirilən beynəlxalq videokonfranslar, pandemiya dövründə müxtəlif elmi istiqamətlər üzrə aparılan elmi tədqiqat işləri barədə məlumat verib, görüləcək işlərə dair təkliflərini səsləndiriblər.

Sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov Azərbaycanda elan olunmuş karantin rejimində akademiyanın beynəlxalq əlaqələri və magistrantların distant təhsili barədə danışıblar.

Onlayn müşavirənin sonunda akademik Ramiz Mehdiyev karantin rejimindən sonrakı mərhələdə Azərbaycan alimlərinin qarşısında duran vəzifələrdən söz açıb, postpandemiya dövründə elmin yeni prioritet sahələrinin müəyyənləşdirilməsinə dair təkliflər hazırlanması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video