22 Dekabr 2011 01:12
437
Mədəniyyət
A- A+

Akademik Həsən Əliyev ehtiramla anılmışdır

 

"Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi dekabrın 15-də akademik Həsən Əliyevin anadan olmasının 104-cü ildönümünə həsr edilmiş "Təbiətə bağlı ömür" mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Salyan rayon təhsil şöbəsinin akt zalında keçirilən bu tədbirdə təhsil işçiləri, qeyri-hökumət  təşkilatlarının nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan "Ana Kür" ictimai birliyinin sədri Rüstəm Məlikov vurğulamışdır ki, akademik Həsən Əliyevin rəhbərliyi ilə Azərbaycan təbiətinin tədqiqi və mühafizəsi istiqamətində çox maraqlı işlər görülmüşdür. Onun təbiətşünaslıq sahəsində dəyərli tədqiqatları xarici ölkələrin elm xadimləri tərəfindən də yüksək qiymətləndirilmişdir.

BDU-nun coğrafiya fakültəsində təhsil alarkən  akademik Həsən Əliyevin tələbəsi olan, sonra Elmi-Tədqiqat Coğrafiya İnstitutunda görkəmli alimin rəhbərliyi altında işləyən Salyan şəhər 8 saylı tam orta məktəbin müəllimi Nadir Rüstəmov demişdir ki, 1907-ci ilin 15 dekabrında Zəngəzur qəzasının Comərdli kəndində, sadə bir ailədə dünyaya göz açmış Həsən Əliyev böyük iradəsi, qeyri-adi istedadı, çalışqanlığı hesabına mükəmməl təhsil almış, aspiranturanı bitirmiş, namizədlik, doktorluq dissertasiyaları müdafiə etmişdir. O, AMEA-nın Torpaqşünaslıq, Aqrokimya və Botanika institutlarının yaradılmasında mühüm rol oynamışdır. 1968-ci ildən ömrünün sonuna - 1993-cü ilə kimi AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsində Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin tətbiqi məsələlərinə də böyük əmək sərf etmişdir. Nadir Rüstəmov Həsən Əliyevin yüksək insani keyfiyyətlərindən, gənc kadrlara göstərdiyi tükənməz diqqət və qayğısına dair xatirələrini danışmışdır.

Salyan ekoloji tərbiyə və təcrübəçilik məktəbinin direktoru Tofiq Kərimov isə  çıxışında söyləmişdir ki, akademik Həsən Əliyev ali və orta ixtisas məktəblərində ekoloq və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. O, respublikada ekoloji durumu yaxşılaşdırmaq istiqamətində xeyli işlər görmüş, ekoloji cəhətdən zərərli olan bir sıra istehsalat sahələrinin yenidən qurulmasına nail olmuş, zərərli sahələrin bağlanılmasında və ya başqa yerlərə köçürülməsində əməli fəaliyyət göstərmişdir.

Tədbir iştirakçılarına "Ana Kür" ictimai birliyinin akademik haqqında hazırladığı bukletlər təqdim olunmuşdur.

Tədbirə yekun vuran "Ana Kür" ictimai birliyinin sədri Rüstəm Məlikov vurğulamışdır ki, bu gün respublikada ekogiya və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər akademik Həsən Əliyevin arzu və istəklərinin səmərəli və elmi əsaslarla həyata keçirilməsinin davamıdır.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video