21:06 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AİHM Litvinenkonun qətlinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub

ANA SƏHİFƏ / DÜNYA
17:34 21.09.2021

 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Böyük Britaniyaya qaçan keçmiş əməkdaşı Aleksandr Litvinenkonun Rusiya agentləri tərəfindən zəhərləndirildiyi qənaətinə gəlib.

AİHM Litvinenkonun dul qadınının iddiasına baxıb və qərarını açıqlayıb. Məhkəmə Litvinenkonun öldürülməsini rusiyalı agentlərin - Andrey Luqovoy və Dmitri Kovtunun təşkil etdiyini "şübhə doğurmayan həqiqət" kimi tanıyıb. AİHM-in qərarında qeyd edilir ki, agentlərin zəhərləyici maddəni alması üçün vəsaiti yox idi, onlar Rusiya hakimiyyəti tərəfindən göndərilib və  nəzarət altında olublar.

AİHM-dən bildiriblər ki, Rusiya həqiqətin üzə çıxarılması və qatillərin cəzalandırılnası üçün  effektiv daxili araşdırma aparmayıb.

Xatırladaq ki, Britaniyanın Mİ6 kəşfiyyatında işləmiş keçmiş DTK agenti Aleksandr Litvinenko 2006-cı ildə London hotelində radioaktiv maddə - polonium- 210-la zəhərləndikdən sonra dünyasını dəyişib. Müəyyən edilmişdir ki, Litvinenko vəfatından əvvəl Luqovoy və Kovtunla 3 dəfə görüşmüşdür. Poloniumun qalıqları isə Rusiyanın bu iki agentinin qaldığı hotel nömrəsində aşkar edilmişdir.

Rusiya Luqovoy və Kovtunun Böyük Britaniyaya ekstradisiyasından imtina edib. İnsident iki ölkə arasında münasibətlərdə müəyyən gərginlik yaradıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM