12:45 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağstafada COVID-19 əleyhinə mübarizə gücləndirilib

ANA SƏHİFƏ / SƏHIYYƏ
02:25 15.08.2021

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını maksimum almaq üçün Ağstafada da tibbi-profilaktik və dezinfeksiya tədbirləri gücləndirilib.

Son günlər ölkə ərazisində bu xəstəliyə yoluxanların sayındakı artımı nəzərəalaraq rayonda mübarizə tədbirləri müntəzəm xarakter alıb. Belə ki, rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq gücləndirilən dezinfeksiya işləri əsasən insanların ən çox toplaşdıqları ərazilərdə aparılır. Qısa vaxt ərzində “Avtovağzal” ASC-də, şəhərdə fəaliyyət göstərən iaşə obyektlərində, eləcə də çoxmənzilli yaşayış binalarında və həyətlərdə, istirahət guşələrində, idman-əyləncə qurğularında, ictimai nəqliyyat vasitələrində, həmçinin bankomatlarda və digər obyektlərdə dezinfeksiya işləri görülüb. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə ticarət və iaşə sahiblərinə ciddi xəbərdarlıq edilib, əhali arasında koronavirus xəstəliyinin törətdiyi fəsadlarla bağlı təbliğat işləri gücləndirilib.

Rayonda əhalinin vaksinasiyasına ciddi nəzarət edilir.

 

S.ƏLİYEV,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM