11:18 01 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
01:52 01.08.2021

Türkiyə, yanındayıq!


01:40 01.08.2021

190 ölkə arasında 28-ci


01:38 01.08.2021

Berlində atışma olub


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub
ANA SƏHİFƏ / SƏFƏRLƏR
11:18 04.03.2020

Yenidən qurulan 110/35/10 kilovoltluq "Ağstafa” elektrik yarımstansiyası martın 4-də istismara verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verdi.

Bildirildi ki, Ağstafa və Qazax rayonlarının böyük bir hissəsinin, xüsusən də Qazax rayonunun cəbhəyanı ərazilərinin elektrik təchizatında olan problemlərin aradan qaldırılması və hər iki rayonda elektrik enerjisinə artan tələbatın qarşılanması məqsədilə 1967-ci ildə istismara verilmiş, köhnələrək öz texniki parametrlərini itirmiş 110/35/10 kilovoltluq "Ağstafa” yarımstansiyasında 25 meqavatamper gücündə 2 yeni transformator quraşdırılıb. Nəticədə yarımstansiyanın gücü 10 meqavatamper artırılaraq 50 meqavatamperə çatdırılıb. Yarımstansiyada 110, 35 və 10 kilovoltluq yeni paylayıcı qurğular inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri, məsafədən dispetçer idarəetmə SCADA sistemi quraşdırılıb. Ağstafa və Qazax rayonlarında yerləşən 110 kilovoltluq 3 yarımstansiya arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminin dayanıqlılığının artırılması 110 kilovoltluq "Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə tamamlanıb. Bu da həmin rayonların elektrik təchizatının fasiləsizliyini və etibarlılığını təmin edəcək.

Diqqətə çatdırıldı ki, Ağstafa rayonu üzrə istehlakçıların hamısı, Qazax rayonu üzrə isə 61,9 faizi, ümumilikdə, hər iki rayon üzrə 34 min 590 abonent bu yarımstansiyadan elektrik enerjisi alır.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağstafa rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub. Bu ərazidə son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaradılıb. Son illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bunların sayəsində mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Sonda xatirə şəkli çəkdirildi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM