13:58 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Ağıllı kənd”in Azərbaycan modeli

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:53 20.06.2021

 

Dünyada “ağıllı kənd”in ayrı-ayrı nümunələri uzun illər ərzində yaradılmış və inkişaf etdirilmişdir. Azərbaycan da işğaldan azad edilmiş ərazilərini “ağıllı” kənd və şəhərlərə çevirərək yeni nümunələrini yaratmaqla bu sıraya qoşulur.

“Ağıllı kənd”in yaradılması maşın, mexanizm, robot və yüksək texnologiyaların aqrar sektorda əl əməyini tam əvəz etməsi deməkdir. Dünyanın aparıcı alimləri belə hesab edirlər ki, bu, fantastika yox, baş tutması mümkün olan təqdirəlayiq sanballı bir ideyadır. Bu gün planetimizdə artıq yüksək texnologiyalar, internet resursları, dronlar və hətta kosmik gəmilər aqrar sektorda bir sıra prosesləri, məlumatların emalını və idarəetmənin mürəkkəb elementlərini yerinə yetirirlər. Dünyanın inkişaf etmiş ölkələrində “ağıllı kənd” təsərrüfatına keçidin unikal ilkin nümunələri mövcuddur. Amma maraqlısı odur ki, “ağıllı kənd” təsərrüfatına keçidin ən bənzərsiz nümunəsinin tətbiqinə Azərbaycanda start verilmişdir.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə dövlət başçısının göstərişi və xeyir-duası ilə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin tətbiqinə başlanmışdır. Söhbət bir kənddən, bir şəhərdən yox, Qarabağın işğaldan azad edilmiş bütün ərazilərindən, şəhər və kəndlərindən gedir. “Ağıllı” kənd və şəhərlərin salınması bilavasitə “ağıllı” aqrar sektorun bünövrəsinin qoyulması deməkdir. Yəni bu anlayışlar bir-birinə sıx bağlıdır, vəhdət təşkil edir, bir çox məqamlarda isə harmonik şəkildə uzlaşaraq fərqləri aradan qaldırırlar.

“Ağıllı kənd”in Azərbaycan modelinin unikallığı ondan ibarətdir ki, əgər dünyada belə layihələr hər ölkədə bir neçə nümunə ilə başlamışdırsa, bizdə bu proseslərə eyni zamanda start verilmişdir. Biz 30 illik işğal zamanı yerlə-yeksan edilən böyük ərazilərin - yandırılan kəndlərimizin və viran qoyulan şəhərlərimizin “ağıllı” variantını reallaşdırmağı qərara almışıq.

Erməni faşistləri işğal altında olan ərazilərimizi onilliklər boyu talan etmiş, vəhşicəsinə dağıtmış və bununla da aqressiv, vandal və vəhşi mahiyyətlərini ortaya qoymuşlar. Biz isə azad edilən ərazilərimizdə ildırım sürətilə quruculuq işlərinə start vermiş və bu işlərə dost ölkələrin aparıcı şirkətlərini dəvət etmişik.

Bu baxımdan İsrailin Qarabağda bərpa işlərinə cəlb edilərək onun həmin sahədəki təcrübəsindən faydalanmağımız təsadüfi deyil. İsrail “ağıllı kənd” təsərrüfatında yeni suvarma sistemlərini artıq çoxdandır uğurla tətbiq edir. Səhralıqlarda yerləşən bu ölkənin cansız torpaqları dirçəltməsi, bəhərə salması möcüzədir. Aqrar sektorun inkişafı üçün böyük su ehtiyatlarına malik olmayan, əksinə, su qıtlığından əziyyət çəkən İsrail kənd təsərrüfatının inkişafında fenomenal uğurlara imza atıb. Səhralıqlardan ibarət olan 20 min kvadratkilometrdən artıq ərazilərdə meyvə və tərəvəz yetişdirir. Dünyada damcı suvarmasına birinci keçən israillilər özlərini ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də 40-dan artıq ölkəyə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edirlər.

İsrailin “Roots” şirkətinin istehsal etdiyi “ağıllı” borular torpağın üst qatına yerləşdirilir, “Root Zone Temperature Optimization” sistemi isə hər sahənin özünə uyğun optimal temperatur və suvarma qrafikini təyin edir. Su boruları torpağı qışda isidir, yay boyu isə sərinləşdirir. Torpağın üst qatından keçən borular suvarma ilə yanaşı, həm də havanın və rütubətin torpaqda kondensasiyasını təmin edir. Bu sistem tətbiq edildikdən sonra məhsuldarlıq 10-66 faiz arasında artmışdır.

Artıq Azərbaycanda da damcı suvarması geniş tətbiq olunur. Böyük aqroparklardan tutmuş kiçik pay torpaq sahiblərinədək çoxları damcı suvarmasından geniş istifadə edirlər. Lakin bütün tətbiq edilən yeniliklərə baxmayaraq, Prezident İlham Əliyev bu sahədə daha ciddi addımlar atılması üçün sərt tələblər irəli sürür. Bu, dövlətin aqrar sektorda yüksək texnologiyalara uğurlu keçidi təmin edən zəruri tələbkarlığıdır. Ona görə ki, biz inkişaf etdikcə, dünya da irəliyə gedir və daha yeni yanaşmalar, daha müasir texnologiyalar ortaya qoyur. Məsələn, ağlabatmaz kəşfləri ilə dünyanı heyran qoyan yaponlar inəklərini “buludlara qaldırıb” oradan idarə edirlər. Bu ölkənin ərazisinin cəmi 15 faizi kənd təsərrüfatı üçün yararlıdır. Torpaq qıtlığından əziyyət çəkən yaponlar təbii resursların azlığını aradan qaldırmaq, məhsuldarlığı artırmaq üçün “ağıllı” texnologiyaları başqalarına nisbətən daha sürətlə inkişaf etdirmək məcburiyyətindədirlər. Avtomatlaşdırma, müxtəlif tənzimləyicilər, mürəkkəb texnologiyalar və son kəşflər həddən artıq zəif inkişaf edən heyvandarlığı dirçəltməyə yönəldilir. Yaponlar internet resurslarının imkanlarından faydalanaraq inəklərin fiziki sağlamlığını, hətta əhvali-ruhiyyəsini belə, nəzarətdə saxlayırlar. Bu məqsədlə inəklərin ayaqlarına xüsusi elektron qolbaqlar geyindirilir, onların gün ərzində fəallığı və atdıqları addımların sayı dəqiqliklə hesablanır. Sürüdəki inəklərin sağlamlığı haqqında gün ərzində bütün məlumatlar “bulud” adlanan məlumat bazasına ötürülür, yığılan göstəricilər analiz edilərək fermerə ötürülür. Ən maraqlısı odur ki, məlumatlar hər saat yenilənir. Mütəxəssislər bu yolla sağımı, yemləməni idarə cdir, hətta inəklərin yuxusunu nəzarətdə saxlayır, xəstəliklərini vaxtından əvvəl üzə çıxarırlar. “Ağıllı” qolbaqlar həmçinin inəklərin düzgün mayalanması üçün əlverişli vaxtı da dəqiq seçir. Belə ki, hövrə hazır olan inək daha çox gəzir, addımlarının sayı artır. Nəticədə süni mayanlanmanın effekti 44 faizdən 90 faizədək artır. Forbesin məlumatına görə, artıq bu texnologiya Koreyada, Polşada, Rumıniyada və Türkiyədə də tətbiq edilir.

Norveçlilər isə hər qızılbalığa tibbi kart açıblar. Dünyanın ən böyük qızılbalıq ixracatçısı olduğundan bu ölkədə tədricən balıq fermalarının sayı və istehsalın həcmi artır. Amma fermada yetişdirilən balıqların ən qatı düşməni “Lepeophtheirus salmonis” adlı qızılbalıq biti fermerlər üçün problem yaradır. Bu bit balığın dərisinə düşüb artaraq bütün balıq zavodlarına ciddi ziyan vurur. Onun qarşısını almaq üçün indi bütün fermalarda balıqlar skaynerdən keçirilir. Mütəxəssislər daim balığın səhhətini nəzarətdə saxlayır, biti vaxtında aşkarlayıb məhv edirlər. Yeni nəzarət sisteminin mükəmməlləşməsi üçün alimlər bir neçə il də tədqiqatları davam etdirmək niyyətindədirlər.

Böyük Britaniyada isə “ağıllı kənd”in yaradılmasında heç kəsin ağlına gəlməyən bir addım atılıb. Əvvəla qeyd etmək lazımdır ki, ingilislərin kənd təsərrüfatı Avropada digərlərindən daha kamildir. Doğrudur, aqrar sektorda nəhəng şirkətlər yox dərəcəsindədir, kənd təsərrüfatında əhalinin cəmi

2 faizi çalışır və həmin rəqəm ildən-ilə azalmaqdadır. Amma müasir texnologiyaların geniş tətbiqi məhsuldarlığı getdikcə artırmağa imkan yaradır. Kənd təsərrüfatının rentabelli olması üçün dövlət fermerlərə daim dəstək verir, alimlər, həmçinin rəqəmsal texnologiya istehsalçıları yeniliklərin tətbiqində, əl əməyinin avtomatlaşdırılmasında maraqlıdırlar. Hələ 2017-ci ildə Böyük Britaniyada ilk dəfə insan ayağı dəyməyən sahədə robotların köməyi ilə arpa yetişdirilərək 4,5 ton məhsul biçilmişdir. Alimlər bütün prosesləri avtomatlaşdırmaqla sübut etmişlər ki, insan yeri şumlamasa da, əkib biçməsə də, bütün işləri robotlar vasitəsilə görmək, bütün prosesləri “ağıllı” texnologiyalara həvalə edərək məhsul götürmək mümkündür.

Harper Adams Universiteti isə robotlaşdırılmış ferma layihəsini işləmişdir. “Hands Free Hectare” fermasında dronlar multispektral cihazlarla otlaq sahələrini nəzarətdə saxlayır, çəkilişlər aparır və bununla da əkin sahələrinin vəziyyətini öyrənməyə, ziyanvericilərlə vaxtında mübarizə aparmağa imkan yaradır.

Yerin üstündə hərəkət edən mexanizmlər torpaq nümunələrini toplamış, vacib gübrələri təyin etmişdir. Əkin və biçində o qədər də böyük olmayan robotlaşdırılmış texnikalar işlədilmişdir. Bütün məlumatları vahid mərkəzə toplayan alimlər və mütəxəssislər hələ də eksperimentləri davam etdirirlər.

Ümumiyyətlə, dünyanın aqrar sektorunda bütünlükdə tətbiq edələn “ağıllı” texnologiyaları bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlardan ən vacibi böyük bilik və məlumatların tətbiq edilməsidir. Məlumatların bolluğu düzgün qərar verməyə, qabaqcıl təcrübədən faydalanmağa və məhsuldarlığı artırmağa kömək edir. İkinci istiqamət dəqiq torpaqşünaslıqdır. Səlis nəzarət mexanizmi düzgün qərarların verilməsini təmin edir. Artıq kosmik gəmilər bu istiqamətdə xeyli iş görmüşlər.

Bu iki faktorun Azərbaycanda ilkin tətbiqi kənd təsərrüfatının müəyyən sahələrində məhsuldarlığın artmasına səbəb olmuşdur. Məhsuldarlıq artdıqca “ağıllı” kənd təsərrüfatına da tələbat çoxalır. Təsadüfi deyil ki, heyvandarlıqda, suvarmada yeni texnologiyaların tətbiqi aqrar sektorun simasını dəyişmişdir. Xərclərin azaldılması, resursların daha qənaətlə istifadəsi və məhsuldarlığın artması Azərbaycanda tədricən daha böyük uğurlar qazanmağa imkan verəcək.

Bütün dünyada qəbul olunub ki, “ağıllı kənd”in yaradılmasında əsas məqsəd faydalı iş əmsalının və məhsuldarlığın artırılmasıdır. Bu istiqamətdə sürətlə dönüş yaratmaq üçün aqrar sektora internet əşyalarının və daha dəqiq desək, internet alətlərinin (IoT) geniş tətbiqi gərəkdir. “BI Intelligence”nin hesablamalarına görə, 2030-cu ilədək kənd təsərrüfatında

75 milyon IoT-nun tətbiq edilməsi gözlənilir. Onu da xatırladaq ki, 2015-ci ildə bu rəqəm cəmi 30 milyon idi. Aqrar sektora tətbiq edilən yeniliklərin sayı artdıqca, toplanan və korrektə edilən məlumatların da həcmi ağlasığmaz dərəcədə çoxalacaq.

Kənd təsərrüfatı texnikasının istehsalında dünya lideri olan Con Dir artıq traktorlarına interfeys dəstəyi ilə İoT cihazlarını quraşdırır. Belə sistemlərə qoşulan traktorlar artıq dəbə minir, telematika - məlumatların uzaq məsafəyə ötürülməsi isə “ağıllı kənd”in zəruri elementlərinə çevrilir. Beləliklə, intellektual fermerlik önə çıxır. Artıq son bir neçə ildə aqrar sektorda pilotsuz uçan cihazlar geniş tətbiq edilir. 44 günlük müharibədə dronlarla döyüşməyin yüksək səviyyəsini nümayiş etdirən Azərbaycanın onları kənd təsərrüfatında da uğurla tətbiq edəcəyi şübhə doğurmur.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM