30 Dekabr 2012 02:12
357
Qanunlar
A- A+

Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq  qərara alır:

Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1.  Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2.  Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin.

3.  Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Qəsil kəndinin ərazisindən 320,95 ha (bundan dövlət mülkiyyətində olan 95,89 ha, bələdiyyə mülkiyyətində olan 22,33 ha və xüsusi mülkiyyətdə olan 202,73 ha), Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha, bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 120,74 ha), Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha), Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 ha (bundan dövlət mülkiyyətində olan 72,7 ha, bələdiyyə mülkiyyətində olan 79,62 ha və xüsusi mülkiyyətdə olan 286,88 ha) təşkil edən ərazisi bütövlükdə bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 dekabr 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video