27 Noyabr 2021 10:28
699
CƏMİYYƏT
A- A+

Ağdamda “Qarabağ Zəfərinin Ağdam müjdəsi” adlı tədbir keçirilib

 

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam şəhərində hər iki qurumun rəhbər heyətinin, Vətən müharibəsi qazilərinin və ağdamlı gənclərin iştirakı ilə “Qarabağ Zəfərinin Ağdam Müjdəsi” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları səfər çərçivəsində Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Ağdam Cümə və Qiyaslı məscidləri, Ağdam Dövlət Dram Teatrının binasının qalıqları olan ərazilərə gedərək, işğal dövründə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr ilə yaxından tanış olublar. Ağdam Cümə məscidində camaat namazı qılınıb, Allaha şükranlıq duaları edilib.

Ağdam Dövlət Dram Teatrının binasının qalıqları qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.

Sonra tarixi Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın İdarə Heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.

Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata açıqlama veriblər. Qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam 30 ilə yaxın bir müddət ərzində erməni vandalizminə məruz qalıb, mədəniyyət ocaqları, dini ibadət yeri olan məscidlər dağıdılıb, təhqir edilib, rayon mərkəzi, kəndlər yerlə-yeksan olunub. Ağdam şəhəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində işğaldan azad edilib, əsl sahiblərinə qaytarılıb. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir.

Açıqlamada vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər mövzularda tədbir və səfərlərin təşkil edilməsində əsas məqsəd Prezident İlham Əliyevin daha güclü Azərbaycan naminə apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir. “Vətən Müahribəsi Əlillərinə Kömək” İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatı bundan sonra da milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video