02:15 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdamda dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisi açılıb

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:54 21.08.2021

 

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Elnurə və Aygün İsgəndərovaların dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilib.

Şəhid ailələri, ictimaiyyət və media nümayəndələri, mədəniyyət işçiləri dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə, eləcə də Ağdam Rayon Tarix-Diyarşünaslıq və Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeylərinin eksponatları ilə də tanış olublar.

Sonra Heydər Əliyev Mərkəzində şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən danışıb, bu Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisini yüksək qiymətləndiriblər.  

Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacıları sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid analarına  diplom və hədiyyələr təqdim olunub.

Rəssam Aygün İsgəndərova AZƏRTAC-a müsahibəsində bildirib ki, fərdi yaradıcılıq sərgisi şəhid anaları və media nümayəndələri üçün nəzərdə tutulub: “Sərgidə tətbiqi sənətin sanama, bədii tikmə, şəbəkə tikmə kimi növlərinə aid nümunələr nümayiş olunur. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ağdam Rayon Heydər Əliyev Mərkəzində belə bir sərginin keçirilməsi çox əlamətdardır”.

Xalq rəssamı Arif Hüseynov isə qeyd edib ki, sərginin Qarabağda, Ağdamda keçirilməsi rəmzi xarakter daşıyır. “İstərdim ki, Azərbaycan rəssamları respublikamızın regionlarında fərdi sərgilərini açsınlar. Bugünkü sərgini çox yüksək qiymətləndirir, Elnurə və Aygün İsgəndərova bacılarına uğurlar arzulayıram”, - deyə o əlavə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM