26 Sentyabr 2021 23:47
621
CƏMİYYƏT
A- A+

Ağdam sakinlərinin doğma şəhərlərinə növbəti səfər təşkil edilib

 

Sentyabrın 26-da Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri təşkil edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağdamlıları doğma şəhərlərində salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdam şəhərinin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, erməni işğalçıları işğal dövründə Ağdam şəhərini yer üzündən siliblər. Bütün binalar, infrastruktur, qəbiristanlıqlar dağıdılıb, yaşıllıqlar məhv edilib. Ötən 30 ilə yaxın dövr ərzində məcburi köçkünlər doğma yurdlarına gəlmək həsrəti ilə yaşayıblar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bu həsrətə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda yeni - inkişaf, quruculuq dövrü başlayıb. Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi böyük qayıdışın bir hissəsidir. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar.

Ağdam sakinləri sonra İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını, Şəhidlər xiyabanını ziyarət edib, Cümə məscidində namaz qılıblar. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video