16:24 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağciyərlərdə yaranan melatonin virusa mane olur

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:15 28.02.2021

 

“Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı maneə rolunu oynayır”. Braziliyanın San-Paulo Universitetinin alimləri bu nəticəyə gəliblər. Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, melatonin giriş nöqtələrində - burun və ağciyər yollarındakı hüceyrələrdə zülalları kodlayan genləri virusun zədələməsinin qarşısını alır.

Beləliklə, hormon bu toxumaların yoluxmasının qarşısını alır və virusun immun reaksiyasını boğur, onu bir neçə gün tənəffüs yollarında saxlayır, sonra başqa bir daşıyıcı tapmaq üçün hərəkətə keçir.

Tədqiqat müəlliflərinə görə, onların kəşfi bəzi insanların koronavirusa yoluxmadığını anlamağa imkan verir.

Mütəxəssislər melatonin hormonunun burun damlaları və ya sprey şəklində koronavirusun inkişafının qarşısını almaq üçün istifadə edilə biləcəyinə əminliklərini vurğulayıblar.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM