01 Oktyabr 2021 00:24
759
Səhiyyə
A- A+

Ağ şokoladın fəsadları

 

Tərkibində kakao olmayan, lakin içərisindəki kakao yağı sayəsində şokolad ləzzəti verən ağ şokolad, kakao tozu ilə hazırlanan şokoladlardan daha az vitamin və mineral ehtiva edir. Bu şokoladın tərkibi əsasən süd və yağdan ibarət olur.

Yağ tərkibi yüksək olan bu şokolad, bir neçə parçadan çox istehlak edildikdə bədənə ciddi ziyan vurur. Xüsusilə pis xolesterolun artmasına səbəb olaraq ateroskleroz və ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır. Tərkibindəki yağ enerjiyə çevrilsə belə, bu, uzunmüddətli olmur və bədənin müəyyən yerlərində yağ kütlələrinin əmələ gəlməsinə səbəb olaraq sürətli çəki artımına yol açır. Mütəxəssislər, hətta 100 qram ağ şokolad istehlak etməyin 600 kalori almağa səbəb ola biləcəyini vurğulayırlar. Eyni zamanda, ağ şokolad diabet xəstələri üçün də çox təhlükəli bir desertdir.

Ağ şokolad qaraciyərin yağlanmasına və dəridə sızanaqların əmələ gəlməsinə səbəb ola biləcək problemlərə də zəmin hazırlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video