06 Avqust 2021 12:50
900
DÜNYA
A- A+

Ağ evin Baş tibbi müşaviri: COVID-19-un “delta” variantının qarşısı alınmasa, daha təhlükəli ştamlar ortaya çıxacaq  

COVID-19-un “delta” variantı Amerikanın bütün cənub ştatlarında sürətlə yayılmağa davam edir.

AZƏRTAC xəbər verir ki, Ağ evin baş tibbi müşaviri doktor Entoni Fauçi, ABŞ-ın COVID-19-un “delta” variantının əhali arasında yayılmasının qarşısını ala bilməyəcəyi təqdirdə, ölkədə heç bir vaksinin təsir edə bilməyəcəyi yeni ştamların ortaya çıxmağa başlayacağını bildirib.

“Bu, virusun əhali arasında yayılmasına nəzarət edə bilməyəcəyimiz təqdirdə baş verəcək. Buna görə həmkarlarım və mən daim təkrar edirik ki, mümkün qədər çox insana peyvəndin vurulması çox vacibdir. Virus peyvənd olunmayan əhali arasında yayıldıqda, hazırda vaksinasiya dərəcəsi aşağı olan bir çox ştatlarda sürətlə baş verdiyi kimi, o, insanda ümumiyyətlə simptomların olub-olmamasından asılı olmayaraq mutasiya edə bilər. Virusa mutasiya etmək üçün kifayət qədər imkan verirsinizsə, gec-tez başqa bir ştam ortaya çıxacaq və ola bilsin ki, bəzi məqamlarda o, daha da pis ola bilər”, - deyə Entoni Fauçi cümə axşamı vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın yetkin əhalisinin 70 faizindən çoxu artıq vaksinin ən azı bir dozasını alıb, ABŞ-ın yetkin əhalisinin 61 faizi isə hər iki dozanı alıb, tam vaksinasiyadan keçib. Bununla belə, ölkə miqyasında, vaksinasiyaya yararlı olan təxminən 93 milyon amerikalı peyvənd olunmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video