19 Iyul 2012 12:07
504
Səhiyyə
A- A+

Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq sayıla bilər

 

Xərçəng əleyhinə yeni terapiyanın əsasını qızılın nanoaktiv hissəcikləri və çay cövhəri təşkil edir. Onu artıq prostat vəzi xərçəngi hüceyrələrinin yerləşdirildiyi siçanlar üzərində sınaqdan keçirmişlər. Yeni terapiya vasitəsilə törəmənin tamamilə aradan qaldırılması və ya  ölçüsünün xeyli kiçilməsi üçün cəmi bir ay vaxt lazım gəlir. Məlum olmuşdur ki, çayın tərkibinə daxil olan qallat epiqallokateksin (EGCg) xərçəng hüceyrələrinə yapışır. Bu, xərçəng hüceyrələrinin səthindəki xüsusi böyümələr hesabına mümkün olur. Onun nanohissəciklərlə birləşdirilməsi zamanı çatdırılma sistemi alınır. Nanohissəciklər ionlaşdırıcı şüadan istifadə edərək xərçəngi öldürür. Birləşmə hissəcikləri təkcə şişə çatdırmır, həm də onu orada saxlayır. Qeyd edək ki, bu zaman qızılın fraqmenti nə qədər çox olarsa, bir o qədər daha çox hüceyrə öləcəkdir. Tədqiqatçılar hesablamışlar ki, əgər qızılın radioaktiv izotopunun hissəcikləri bir neçə nanometr diametrə malik olacaqsa, onda o, hətta ən təcavüzkar yeni törəmələri məhv etməyin öhdəsindən gələcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video