28 Iyun 2021 22:05
967
Təhsil
A- A+

ADA Universitetində “Məzun günü” tədbirləri təşkil edilib  

 

ADA Universitetində 23-25 iyun tarixlərində 3 gün ardıcıl olaraq silsilə “Məzun günü” tədbirləri təşkil edilib. Mövcud pandemiya qaydaları nəzərə alınaraq İctimai və Beynəlxalq münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik, eləcə də Təhsil fakültələri məzunlarının buraxılış günləri eyni gündə deyil, müxtəlif günlərdə və məhdud sayda qonaq və məzunun iştirakı ilə keçirilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci akademik il üzrə 7 bakalavr və 5 magistr ixtisasından 474 yerli və xarici tələbə məzun olub. Yerli tələbələrlə yanaşı, Belarus, Çili, Əfqanıstan, Gürcüstan, İran, Kolumbiya, Qazaxıstan, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Türkiyə və Türkmənistan da daxil olmaqla 13 ölkədən 17 xarici tələbə də bu il məzun adını qazanıb.

Buraxılış tədbirlərinin birincisi iyunun 23-də İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələri üçün keçirilib. Bu fakültənin təqdim etdiyi Kompüter elmləri, İnformasiya Texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarından 87 tələbə məzun olub.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, xalq olaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə Böyük Qələbəyə imza atdıq.

Vətənsiz əsl xoşbəxtliyin mümkün olmadığını vurğulayan rektor, məzunları qələbəmizin qorunub saxlanılmasında səylərini artırmağa, bilik və bacarıqları ilə inkişafımıza töhfə verməyə səsləyib.

Mərasimin xüsusi qonağı Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyanı sürətləndirən ən vacib amil yeni kəşflərdir. ADA Universiteti öz növbəsində elmi tədqiqatlara əsaslanan təhsil proqramı ilə bu prosesi dəstəkləyir. Nazir əlavə edib ki, məzunların fəaliyyəti ilə innovasiya mühiti daha da inkişaf edəcək.

24 iyun tarixində İctimai və Beynəlxalq münasibətlər, eləcə də Təhsil fakültələrində təhsil alan tələbələrin “Məzun günü” keçirilib.

Bu fakültənin təqdim etdiyi Diplomatiya və Beynəlxalq münasibətlər, Dövlət idarəetməsi üzrə magistr, həmçinin Beynəlxalq və İctimai münasibətlər ixtisasları üzrə bakalavr proqramlarımdan 179 tələbə məzun olub.

Təhsil fakültəsinin təqdim etdiyi Təhsil idarəetməsi və Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramlarından isə 21 tələbə məzun adını qazanıb.

Tədbirin xüsusi qonağı qismində çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bu ilki məzunların əvvəlkilərdən bir çox mənada fərqləndiyini deyib. Onların ərazilərimiz işğaldan azad edildikdən sonra ali təhsil müəssisələrindən məzun olan, eləcə də pandemiya dövründə təhsil alan ilk tələbələr olduğunu diqqətə çatdırıb.

Məzun günü tədbirlərinin sonuncusu iyunun 25-də Biznes fakültəsinin tələbələri üçün təşkil edilib. Biznesin idarəedilməsi və İqtisadiyyat ixtisaslarından 187 tələbə məzun olub.

Tədbirin xüsusi qonağı "PAŞA Holding"in Baş İcraçı direktoru Cəlal Qasımov məzunlar qarşısında çıxış edərək, onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr verib.

Mərasimdə məzunlar adından Lalə Əsgərova (İnfomasiya Texnologiyaları və Mühəndislik fakültəsi), Fatimə Keyseruxskaya (İctimai və Beynəlxalq münasibətlər fakültəsi), Nərmin Abdullayeva (Təhsil fakültəsi) və Pərvin Nəbili (Biznes fakültəsi) çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video