05:08 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
 
ANA SƏHİFƏ / SİYASƏT
11:26 29.07.2021

Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda ikinci “Diplomatiya həftəsi” iyulun 29-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Diplomatiya həftəsi”nin gedişi barədə videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, “Diplomatiya həftəsi”nin builki mövzusu təsadüfi seçilməyib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu böyük şücaət göstərərək torpaqlarımızı işğaldan azad edib.

"Hər birimizin uğuru, qüruru, sevinci dövlətimizin uğurlarından asılıdır. Buna görə də hər birimiz dövlətimizin uğuru üçün çalışmalıyıq. Bu baxımdan könüllülük məktəbi xüsusi əhəmiyyətə malikdir", - deyə nazir Ceyhun Bayramov əlavə edib.

“Diplomatiya həftəsi”nin iştirakçılarına sertifikatlar təqdim edilib.

Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev “Diplomatiya həftəsi” barədə məlumat verib, iştirakçılara uğurlar arzulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM