23:54 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universiteti təhsil haqqına güzəşt əldə edən tələbələrin sayını açıqlayıb
ANA SƏHİFƏ / TƏHSIL
18:26 23.04.2021

 

ADA Universiteti 2020-2021-ci tədris ilinin payız-yaz semestri üzrə təhsil haqqına güzəşt əldə edən tələbələrinin sayını açıqlayıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, ümumilikdə akademik nəticəsinə görə fərqlənən 337 bakalavr tələbəsi təhsil haqqı güzəştindən yararlanıb. Əlaçı tələbələr “Rektorun şərəf siyahısı”, “Dekanların fərqlənmə siyahısı” və “Yüksək göstəricilər” üzrə üç fərqli kateqoriyadakı güzəştlərdən faydalanıblar.

İctimai və beynəlxalq münasibətlər fakültəsinin 135, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 66 və Biznes fakültəsinin 136 bakalavr tələbəsi güzəşt əldə ediblər.

“Rektorun şərəf siyahısı” üzrə təqaüd alan tələbələr birillik təhsil haqqına 100 faiz, “Dekanların fərqlənmə siyahısı” üzrə təqaüd alanlar 50 faiz, “Yüksək göstəricilər” siyahısı üzrə təqaüd alanlar isə 25 faiz güzəşt əldə ediblər.

Eyni semestr üzrə ADA Universitetinin 28 magistr tələbəsi də akademik nəticələrinə görə 20 faiz təhsil haqqı güzəşti əldə ediblər.

İctimai və beynəlxalq münasibətlər fakültəsinin 9, Biznes fakültəsinin 10, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin 2, Təhsil fakültəsinin isə 7 tələbəsi 20 faiz güzəştdən yararlanıb.

Qeyd edək ki, ADA Universiteti tərəfindən universitetə qəbul imtahanında yüksək nəticə göstərənlərin və xüsusi sosial statusa malik olanların təhsil haqqına xüsusi güzəştlər təqdim olunur.

ADA-nın bakalavr və magistr proqramları ilə buradan tanış ola bilərsiniz:

https://bit.ly/3sDsoJE

https://bit.ly/3tCxTJO



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM