03 Fevral 2021 15:58
1182
Təhsil
A- A+

ADA Universiteti ilə PAŞA Bank arasında əməkdaşlıq davam edir

 

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüsləri, o cümlədən gənclərin peşəkar inkişafına yönəldilən tədbirləri dəstəkləməyə davam edir.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, PAŞA Bank 2021-ci ildə də universitet tərəfindən karyera və təcrübə imkanları təklif edən tədbirlərin, yay düşərgəsinin, müxtəlif peşə və texniki yarışların təşkil edilməsinə öz töhfəsini verəcək. Ötən illərdə olduğu kimi, yüksək akademik göstəricilərə malik tələbələrə PAŞA Bank tərəfindən təqaüd ödənəcək.

Eyni zamanda, bankın fərqli biznes sahələrində çalışan peşəkarların tələbələrlə görüşərək, bankçılıq və ümumilikdə maliyyə sahəsinə dair zəngin təcrübələrini bölüşməsi planlaşdırılır. Tələbələr bu görüşlərdə ölkə iqtisadiyyatının inkişaf trendləri və biznes mühitinin dəyişməsi fonunda yaranan yeni imkanlar barədə müzakirələr apara biləcək.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, istənilən qurumun və ya özəl şirkətin əsas strateji aktivi və təşkilati uğura aparan amili onun peşəkar kollektividir.

“Dünyada və regionda müşahidə olunan çağırışlarla dolu hazırkı dövrə sırf kadrların təcrübəsini davamlı şəkildə inkişaf etdirən, bu sahədə yetərincə sərmayə yatıran təşkilat uyğunlaşa biləcək və bununla da öz seqmentinin dayanıqlılığına töhfə verə biləcək. Bu mövqedən çıxış edərək biz daim insan resurslarına, onların bilik və bacarıqlarının artırılmasına, peşəkar inkişafına böyük sərmayə yatırırıq. Azərbaycanın aparıcı korporativ bankı olaraq biz, həmçinin ölkənin müxtəlif ali təhsil ocaqları ilə memorandum bağlayaraq, gənclərin istedad və potensialını üzə çıxarmağa, bununla bazara və cəmiyyətə dəyər qatmağa çalışırıq. Rəqəmsal sahədə Azərbaycanın ən yaxşı işəgötürənlərindən biri hesab olunan PAŞA Bank, son illərdə yerli və beynəlxalq arenada əldə etdiyi nailiyyətləri, təcrübəni və ən müasir bilikləri ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan ADA Universitetinin gənc kadrları ilə paylaşmaq, onları gələcəkdə uğurlu karyera qurmağa təşviq etmək, bununla da iqtisadiyyatımızın dayanıqlı inkişafına öz töhfəsini vermək niyyətindədir. Bu dəyərlərə əsaslanaraq əməkdaşlıq etməyimizdən məmnunluq duyuruq”, - deyə T.Kazımov bildirib.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə isə deyib: “ADA Universiteti ilə PAŞA Bank arasında əməkdaşlıq gənclərin peşəkar inkişafına fayda verməklə yanaşı, həm də ölkəmizin milli kadr potensialının gücləndirilməsini təşviq edir. Universitet tərəfindən həyata keçirilən təşəbbüsləri dəstəkləyən PAŞA Bank, tələbələrimizin akademik imkanlarının daha da gücləndirilməsini təbliğ edir”.

Qeyd edək ki, PAŞA Bankın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın İdarə Heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, eləcə də hakatonlar və məlumat sessiyaları təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video