04:58 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA-nın “Yay düşərgəsi”

ANA SƏHİFƏ / TƏHSIL
00:19 28.07.2021

 

Lider mobil operator məktəbliləri rəqəmsal fəaliyyəti ilə tanış etdi

 

Ənənəvi olaraq  ADA Universiteti tərəfindən yay mövsümü ərzində ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil olunan “Yay düşərgəsi” proqramı bu dəfə “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə səfər etdi.

Məktəblilər ilk olaraq ən böyük “Azercell” Müştəri Xidmətləri Mərkəzində (Bəsti Bağırova küçəsi, 2) qonaq olub, ön masa arxasında “Azercell” əməkdaşlarının işini canlı olaraq izləyiblər. Onlar “Azercell”də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, ön masa əməkdaşlarının abunəçilərin suallarının cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

Daha sonra “Azercell” şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib. “Azercell”in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meyilləri, əşyaların interneti, ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonra məktəblilər üçün viktorinalar təşkil edilib və “Azercell” tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Azercell” şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

Azərbaycanda təhsil maariflənmənin inkişafına, o cümlədən informasiya kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verənAzercellhəm istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağaBusuudilöyrənmə tətbiqi üçün pulsuz kodlar nömrələr təqdim edib. Bundan əlavə, “Azercellşirkəti paytaxt regionlardaİnternet təhlükəsizliyi rəqəmsal vətəndaşlıqmövzusunda şagird, müəllim valideynlər üçün təlimlər təşkil edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM