18 Aprel 2021 00:22
1395
Səhiyyə
A- A+

Aclığa adaptasiya

 

2016-cı ildə fiziologiya və tibb  üzrə Nobel mükafatını 71 yaşlı yaponiyalı alim Yosinori Osumi almışdır.

Osumi hüceyrənin daxili komponentlərinin deqradasiyaya uğraması prosesi - autofagiya sahəsində kəşflərə görə mükafatlandırılmışdır.

Osuminin ixtiraları artıq komponentlərin hüceyrələr tərəfindən məhv edilməsi anlamında yeni paradiqmanın formalaşdırılmasına gətirib çıxarmışdır. Onun tədqiqatları bir çox fizioloji proseslərdə, məsələn, aclığa adaptasiya və infeksiyaya reaksiya kimi hallarda autofagiyanın əhəmiyyətinin dərkinə yol açmışdır.

Belə ki, orqanizm stress vəziyyətində olduğu zaman, autofagiya özünün ən intensiv halına çatır. Məsələn, orqanizm ac qalanda hüceyrə enerjini öz daxili resursları, yığılmış zərərli maddələrin hesabına istehsal edir. Bu zərərli maddələrə ziyanlı, xəstəlik yarada bilən bakteriyalar da daxildir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video