27 Aprel 2020 16:54
2062
Elm və texnika
A- A+

Abuzər Alı oğlu Xələfov


Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanda kitabxana işi üzrə tanınmış tədqiqatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də ömrünün 89-cu ilində vəfat etmişdir.

Abuzər Xələfov 1931-ci il dekabr ayının 25-də Qərbi Azərbaycanın Göyçə mahalındakı Cil kəndində anadan olmuşdur. O, Göyçə mahalının Toxluca kəndində orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Abuzər Xələfov bütün sonrakı taleyini bu təhsil ocağı ilə bağlayaraq, burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixi mövzusunda namizədlik və 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Respublikamızda ali təhsilli kitabxanaçı-biblioqraf və kitabxanaçı kadrların hazırlığını həyata keçirən fakültənin yaradılmasında Abuzər Xələfovun əvəzsiz xidmətləri vardır. Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və o, fakültənin ilk dekanı seçilmişdir. Abuzər Xələfov 1962–1970-ci və 1980–1995-ci illərdə həmin fakültənin dekanı, eyni zamanda, 1963-cü ildən 2016-cı ilədək uzun dövr ərzində universitetin kitabxanaşünaslıq kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərmişdir.

Azərbaycanda kitab və kitabxana mədəniyyətinin təşəkkülü və inkişaf yolu professor Abuzər Xələfovun kitabxana-informasiya fəaliyyəti üçün elmi-təcrübi əhəmiyyətə malik tədqiqatlarında başlıca yer tutmuşdur. Alim ölkəmizdə kitabxana işi quruculuğunun müxtəlif problemlərindən bəhs edən çoxsaylı araşdırmaları ilə bu sahənin elmi əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Onun kitabxanaşünaslıq sahələrinin formalaşması, həmçinin geniş profilli kitabxana işçilərinin hazırlanması ilə bağlı fikir və mülahizələri bu istiqamətdə məsələlərin optimal həllinə töhfə olmuşdur.

Abuzər Xələfov kitabxana işinin tarixinə, kitabxanaşünaslığın nəzəriyyəsi və metodikasına dair 500-ə yaxın əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi idi. O, yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Kitabxanaçılıq və biblioqrafiyaşünaslıq istiqamətləri üzrə respublikada formalaşmış kadrların əksəriyyəti onun yetirmələridir.

Professor Abuzər Xələfovun zəngin pedaqoji-elmi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, "Əməkdar mədəniyyət işçisi” və "Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif edilmişdir.

Nüfuzlu pedaqoq və alim, səmimi insan Abuzər Alı oğlu Xələfovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!


İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ceyhun Bayramov

Elçin Babayev

Anar İsgəndərov

İzzət Rüstəmov

Kərim Tahirov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video