06:41 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Abşeron Milli Parkından FOTOREPORTAJ
ANA SƏHİFƏ / FOTOXRONIKA
12:48 14.01.2019

Azərbaycanın sahəsinə görə ən kiçik milli parkı olan Abşeron Milli Parkı 783 hektar ərazidə yerləşir. Bura yarımsəhralıq ərazi olmaqla yanaşı, həm də dəniz sahilini birləşdirir. Park 2005-ci ildə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Parkın ərazisi həm dəniz suyu, həm də havasının təmiz olması ilə diqqət çəkir. Abşeron yarımadasının cənub-şərq qurtaracağı olan Şah Dili ərazisi də burada yerləşir.

Parkda 50-dən çox quş və heyvan növü var ki, bunların da 6-sı "Qırmızı kitab”a düşüb. Xəzərin park ərazisinə yaxın sahillərində çox sayda su ilanı və müxtəlif növ balıqlar kütləvi halda məskunlaşıb.

Paytaxta yaxın olan bu ərazi ekoturizm üçün də əlverişli məkan sayılır.

AZƏRTAC


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM