24 Iyul 2021 14:38
822
DÜNYA
A- A+

ABŞ Prezidenti Cozef Baydenin reytinqi ilk dəfə 50 faizə enib  

ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi dövlət başçısı vəzifəsinin icrasına başladığı vaxtdan bəri ilk dəfə 50 faizə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Gallup” sosioloji xidmətinin iyul ayında dərc edilən sorğusunun nəticələrində yer alıb.

Sorğunun yekunlarına əsasən, amerikalıların 45 faizi Cozef Baydenin prezident kimi fəaliyyətini dəstəkləmir. Həmçinin respondentlərin 5 faizi bununla bağlı mövqe bildirməyib. Beləliklə, rəyi soruşulan vətəndaşların yalnız 50 faizi ABŞ Prezidentinin fəaliyyətini dəstəkləyir ki, bu da iyun ayında keçirilən sosioloji rəy sorğusunun nəticəsindən altı faiz bəndi azdır.

İyul reytinqi Cozef Baydenin dövlət başçısı postunda olduğu dövr ərzində ən aşağı göstəricidir.

ABŞ Prezidentinin fəaliyyətinə verilən qiymət respondentlərin partiya mənsubiyyətindən asılı olaraq dəyişir. Belə ki, ABŞ-ın Demokratlar partiyası tərəfdarlarının 90 faizi prezidentin fəaliyyətini bəyəndiyi halda, respublikaçılar arasında bu göstərici cəmi 12 faiz təşkil edir. Partiya mənsubiyyəti olmayan amerikalıların isə yalnız 48 faizi Cozef Baydenə etimad göstərdiyini bildirib.

İyulun 6-dan 21-nə qədər keçirilən sorğuda ABŞ-ın bütün 50 ştatında və Vaşinqton şəhərində yaşayan 18 yaşdan yuxarı 1007 respondent iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video