15 Sentyabr 2021 16:28
711
DÜNYA
A- A+

ABŞ nüvə razılaşmasına dair müqaviləyə qayıtmaq niyyətindədir  

ABŞ nüvə proqramına aid olmayan sanksiyaları aradan qaldırmaq qərarına gəlib. Lakin İran hökuməti üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanındakı daimi nümayəndəsi Luis Bono deyib. Vyanada AEBA-nın İdarə Heyətinin iclasında çıxış edən L.Bono diqqətə çatdırıb ki, ABŞ müttəfiqləri ilə birlikdə diplomatik danışıqları bərpa edib nüvə razılaşmasına dair müqaviləyə qayıtmaq niyyətindədir. Lakin İran bütün öhdəlikləri tam olaraq yerinə yetirməlidir.

Rəsmi Tehran isə bildirir ki, 2015-ci ildə İran, ABŞ və Avropa dövlətləri arasında imzalanan və mətbuatda “nüvə razılaşması” adı alan müqaviləni rəsmi Vaşinqton birtərəfli qaydada tərk etdi, üstəlik, nəinki müqavilədə göstərildiyi kimi sanksiyaları ləğv etmədi, əksinə, daha da sərtləşdirdi. Bütün bunlar beynəlxalq hüquqa və ikitərəfli razılaşmalara ziddir. Bununla yanaşı, İran AEBA əməkdaşlarına ölkədəki nüvə obyektlərinə daxil olub monitorinq aparmağa icazə verdi. Nüvə silahının hazırlanmasına dair sübut isə tapılmadı. Bütün bunlar müqavilədə göstərilmişdi və İran bunlara əməl etdi. Lakin qeyd etdiyimiz kimi, sanksiyalar aradan qaldırılmadı ki, bu da İran iqtisadiyyatına və əhalinin sosial vəziyyətinə olduqca mənfi təsir göstərdi. Digər tərəfdən, COVID-19 pandemiyası vəziyyətin daha kəskin xarakter almasına səbəb oldu. İrana qarşı tətbiq olunan sanksiyalara görə ölkəyə tibbi ləvazimat və dərman preparatlarının gətirilməsi çətinləşdi, bu isə koronavirusun yayılmasının qarşısını almağa mane oldu. İranda virusun geniş yayılmasının, yoluxma və ölüm hallarının artmasının səbəblərindən biri də məhz sanksiyalardır. Yuxarıda deyilənləri nəzərə alan İran ABŞ rəsmilərinə etimad etmədiyi üçün əvvəlcə sanksiyaların aradan qaldırılmasını tələb edir.

Ötən həftə AEBA-nın baş direktoru Rafael Qrossi İrana səfər edərək rəsmi şəxslərlə görüşüb. Görüşlərin nəticəsi olaraq Vyanada danışıqların davam etdirilməsi qərara alınıb. Gələn həftə Vyanada AEBA-nın sessiyası keçiriləcək və İran nümayəndə heyəti bu tədbirdə iştirak edəcək. Bu məsələdə müsbət məqam ondan ibarətdir ki, tərəflər danışıqları davam etdirmək niyyətində olduqlarını bildiriblər. Müzakirələrdən sonra hansı qərarların qəbul ediləcəyini və onların necə icra olunacağını isə zaman göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video