27 Fevral 2021 14:30
898
DÜNYA
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası 1,9 trilyon dollarlıq iqtisadi stimullaşdırma planını təsdiqləyib

 

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 27-də pandemiya şəraitində milli iqtisadiyyat artımının təcili stimullaşdırılması tədbirləri barədə 1,9 trilyon dollarlıq qanun layihəsini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Nümayəndələr Palatasının iclası Amerika telekanalları tərəfindən canlı yayımlanıb. Qanun layihəsi praktiki olaraq minimal səs çoxluğu ilə qəbul olunub. Konqresmenlərin 219-u layihəni dəstəkləyib, 212-si isə onun əleyhinə səs verib.

ABŞ Prezidenti Cozef Baydenin proqramına əsaslanan sənəd bilavasitə pandemiya ilə mübarizə tədbirlərinə təxminən 400 milyard dolların ayrılmasını nəzərdə tutur. Həmçinin əhaliyə yardım məqsədilə 1 trilyon dollar yönəldiləcək, qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına sərf olunacaq.

Demokratlar martın 14-nə qədər qanun layihəsini imzalaması üçün prezidentə göndərməyi planlaşdırır. Lakin sənədin Senatda xeyli prosedur çətinlikləri ilə qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, respublikaçılar stimullaşdırma paketinin həddən artıq şişirdildiyini hesab edirlər. Ağ ev isə öz növbəsində 1,9 trilyon dollar həcmindəki proqramın pandemiyanın səbəb olduğu miqyasa daha çox uyğun gəldiyi fikrindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video