27 May 2012 06:05
451
Məktublar
A- A+

ABŞ-ın dövlət katibi Hillari Klinton Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir

 

Təbrikdə deyilir: Prezident Barak Obama və ABŞ xalqı adından 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Mən bir neçə gündən sonra Bakıya səfər edəcəyimi səbirsizliklə gözləyirəm. Bakıda mənim hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə Azərbaycanın üzləşdiyi çağırışlar və imkanlar, Birləşmiş Ştatların xalqlarımızın daha parlaq gələcəyini necə dəstəkləyə biləcəyi barədə söhbət etmək imkanım olacaqdır. Biz regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi və siyasi islahatların gücləndirilməsi üzrə birgə tərəfdaşlığın yeni yollarını müzakirə edəcəyik.

Siz milli bayramınızı qeyd edərkən, bilin ki, Birləşmiş Ştatlar sizinlədir. Sizi milli bayramınız münasibətilə təbrik edir, qarşıdan gələn illərdə sizə əmin-amanlıq və rifah arzulayıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video