27 Avqust 2021 11:59
637
DÜNYA
A- A+

ABŞ hərbi komandanlığı Kabildə yeni terror aktlarına hazır olmağa çağırıb

 

ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının rəhbəri general Frenk Makkenzi bildirib ki, Amerikanın hərbi rəhbərliyi İŞİD tərəfindən Kabildə törədilə biləcək yeni hücumlara hazırlıq vəziyyətindədir.

AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bu barədə general brifinqdə jurnalistlərə bildirib.

“Hazır olmaq üçün bizdən asılı olan hər şeyi edirik”, - Makkenzi belə deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İŞİD-in terror aktlarına hazırlaşması barədə kəşfiyyat məlumatlarını Kabil aeroportunu mühafizə edən taliblərlə paylaşır və o hesab edir ki, bir neçə hücumun qarşısı alınıb.

Kabil aeroportunda terror aktlarının məsuliyyətini İŞİD üzərinə götürüb. Terrorçular partlayışların hədəfinin “tərcüməçilər və Amerika ordusunun əməkdaşları” – ABŞ-a işləyən əfqanlar olduğunu bildiriblər.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, aeroport rayonunda partlayışlar nəticəsində 100-dən çox insan həlak olub, mindən çox insan isə yaralanıb. Pentaqon 13 hərbçisinin öldüyünü və 18-nin yaralandığını təsdiqləyib. Taliblərin nümayəndəsi bildirib ki, terror aktları nəticəsində qruplaşmanın azı 28 üzvü öldürülüb.

Avqustun 26-da Kabil aeroportu rayonunda iki partlayış baş verib – onlardan biri əcnəbilərin, o cümlədən Britaniya və ABŞ vətəndaşlarının toplaşdığı Baron otelinin yaxınlığında törədilib. Birinci hücum terrorçu-kamikadze tərəfindən edilib, sonra isə minalanmış avtomobil partladılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video