05 Avqust 2021 09:21
1222
DÜNYA
A- A+

ABŞ Gürcüstana dəyəri 30 milyon dollar olan raket sistemləri verəcək

 

ABŞ əldə olunmuş razılığa əsasən Gürcüstana ümumi dəyəri 30 milyon dollar təşkil edən tank əleyhinə portativ “Javelin” (FGM-148) raket sistemləri verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilir ki, müqavilənin şərtləri Dövlət Departamenti ilə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi arasında ziddiyyət təşkil etmir.

Qeyd olunur ki, “Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, ölkənin tank əleyhinə potensialını artıracaq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək.

Agentlikdən bildirilib ki, “Javelin” raket sistemləri “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən müştərək istehsal olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb. “Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətinə verilib. Bu sistemlər İraq müharibəsi və digər silahlı qarşıdurmalar zamanı istifadə edilib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video