04:01 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ Dövlət Departamenti davamlı haker hücumları ilə əlaqədar kiberbüro yaradacaq
ANA SƏHİFƏ / DÜNYA
10:08 27.10.2021

 

ABŞ Dövlət Departamenti artan haker hücumları ilə əlaqədar Kiberməkan və Rəqəmsal Siyasət üzrə Büro yaratmağı planlaşdırır.

AZƏRTAC Dövlət Departamentinin nümayəndəsi Ned Praysın bəyanatına istinadla xəbər verir ki, büroya Senat tərəfindən təsdiq edilmiş xüsusi tapşırıqlar üzrə səfir rəhbərlik edəcək. Bu il hakerlər bir çox Amerika şirkətlərinə hücum ediblər. Belə hücumlardan biri “Colonial Pipeline” boru kəməri operatoruna qarşı həyata keçirilib və ABŞ-ın şərq sahillərində müvəqqəti yanacaq çatışmazlığına gətirib çıxarıb. Hakerlər, həmçinin Ayova ştatından olan kənd təsərrüfatı şirkətinə hücum ediblər, bu da Orta Qərbdə taxıl yığımında fasilələrlə əlaqədar narahatlığa səbəb olub.

Qeyd edək ki, iki həftə əvvəl Maliyyə Nazirliyi bu ilin ilk altı ayı ərzində ABŞ-da şantajçı hakerlərə ümumilikdə 590 milyon dollar məbləğində ödəniş edildiyini bəyan etmişdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM