17 Mart 2021 17:19
591
DÜNYA
A- A+

ABŞ-da masaj salonlarında 8 nəfər öldürüldü

 

ABŞ-ın Corciya ştatında masaj salonlarının gülləbaran edilməsi nəticəsində 8 nəfər həlak olmuşdur. Ölənlərin əksəriyyəti Asiya mənşəlidir. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verir.
İlk hadisə Çeroki dairəsində masaj salonunda baş vermişdir. Naməlum şəxs müəssisəyə daxil olaraq atəş açmış, nəticədə dörd nəfər həlak olmuş, iki nəfər yaralanmışdır. 
Digər iki hadisə Atlantada, bir-birinə qonşu olan “Gold Spa” və “Aroma Therapy Spa” masaj salonlarında baş vermişdir. Birinci salonda atəş açılaraq üç qadın, ikincidə isə bir qadın öldürülmüşdür. 
Polis ehtimal edir ki, üç hücumun hamısını eyni şəxs - 21 yaşlı Robert Aaron Lonq həyata keçirmişdir. Lonq artıq həbs edilmişdir. Onun motivləri məlum deyil.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video