06 Aprel 2021 18:45
730
DÜNYA
A- A+

ABŞ-da koronavirusun ikili mutasiyalı "Hindistan ştammı" aşkar edilmişdir

ABŞ-da ilk dəfə koronavirusun ikili mutasiyalı Hindistan variantına yoluxma halı qeydə alınıb. Virus San Fransisko körfəzi yaxınlığında aşkar edilib. Bu barədə "San Francisco Chronicle" qəzeti yazır.
Nəşrə görə, "ikili mutant" infeksiyasına dair məlumatlar Stanford klinik virusologiya laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənmişdir. Bununla yanaşı, laboratoriya rəhbərinin dediyinə görə, bu ştamma yoluxma ehtimal olunan daha yeddi hal yoxlanılır və nəticələr cari həftə ərzində məlum olmalıdır.
Hazırda "Hindistan ştammı" nın vaksinlərə daha yoluxucu və ya davamlı olub-olmaması barədə dəqiq məlumat yoxdur. Lakin ekspertlər onun yüksək yoluxucu ola biləcəyini qəbul edirlər, çünki Hindistanın Maharaştra ştatında bütün koronavirus xəstələrinin 20 faizi həmin virusa yoluxmuşdur. Eyni zamanda, mütəxəssislər mövcud vaksinlərin bu ştamma qarşı effektiv olacağını güman edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video