20 Oktyabr 2021 12:28
976
DÜNYA
A- A+

ABŞ-da insana donuz böyrəyi köçürülüb

 

Nyu-Yorkda cərrahlar insana geni dəyişdirilmiş donuz böyrəkləri köçürülməsi üzrə uğurlu əməliyyat həyata keçiriblər.

AZƏRTAC New York Times qəzetinə istinadla xəbər verir ki, Nyu-York Transplantalogiya İnstitutunun direktoru Robert Montgomerinin sözlərinə görə, köçürülmüş orqan normal işləyir. O qeyd edib ki, pasiyent süni nəfəs aparatına qoşulmuşdu və onun beyni ölü vəziyyətdə idi.

Tədqiqatda iştirak edən transplantasiya cərrahiyyəsi professoru keçirilmiş əməliyyatı “nəhəng dönüş və çox böyük nailiyyət” adlandırıb.

Məqalə müəllifi hesab edir ki, əgər alimlər insanlara köçürmək üçün donuz orqanları yetişdirə bilsələr, bu, transplantasiya növbəsinə dayanan 100 minə yaxın amerikalının həyatını xilas edə bilər. Onların təxminən 90 mini məhz böyrəyə ehtiyac duyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video