21 Sentyabr 2012 01:09
259
PARLAMENT
A- A+

ABŞ Azərbaycan ilə tərəfdaşlığı yüksək qiymətləndirir

 

Sentyabrın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan ABŞ-ın Ohayo ştatının Nümayəndələr Palatasının Respublikaçılar çoxluğunun təşkilatçısı Con Adamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Qonaqları salamlayan komitə sədrinin müavini Sevinc Fətəliyeva müsəlman Şərqində ilk demokratik respublikanın qurulduğu Azərbaycanda hələ o zaman qadınlara səsvermə hüququnun verildiyini diqqətə çatdırdı. Bildirildi ki, ötən il dövlət  müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmiz bir çox uğurlar əldə etmişdir. Komitə sədrinin müavini Azərbaycanda yüksək tolerantlıq mühitinin mövcud olduğunu və bir çox millətlərin nümayəndələrinin ölkəmizdə dostluq və qardaşlıq şəraitində yaşadığını bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Fətəliyeva ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı. Söhbət zamanı, həmçinin terrora qarşı mübarizədə ABŞ ilə Azərbaycanın mövqeləri üst-üstə düşdüyü qeyd edildi.

Azərbaycan-ABŞ münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyini qeyd edən Con Adams ölkəmizin dinamik inkişafının şahidi olduğunu bildirdi. Xalqımızın qonaqpərvərliyini dəyərləndirən qonaq ölkəsinin Azərbaycan ilə tərəfdaşlığını yüksək qiymətləndirdi.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avroatlantik məkana inteqrasiyası və bir sıra  məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video