17:19 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Abadlıq səliqə-sahmandan başlayır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:31 03.08.2021

 

Ağstafa getdikcə daha tanınmaz olur

 

Son illər həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Ağstafanın siması başdan-başa dəyişmişdir. Bunu elə rayon ərazisinə daxil olarkən hiss etmək mümkündür.

Geniş asfalt yollar, göz oxşayan yaşıllıq, səliqə-sahman adamda xoş əhvali-ruhiyyə yaradır. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla həyata keçirilən irimiqyaslı infrastruktur layihələri nəticəsində nəinki rayon mərkəzi, eləcə də kənd və qəsəbələr müasir yaşayış məskənlərinə çevrilmişdir.

Əhalinin asudə vaxtının daha səmərəli təşkili və rahat istirahət etmələri üçün yeni parklar salınmış, mövcud istirahət və mədəniyyət mərkəzləri əsaslı şəkildə yenidən qurulmuşdur. Bu sırada 0,5 hektar ərazisi olan mədəniyyət və istirahət parkında abadlıq və yenidənqurma işləri aparılmış, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev parkının və  rayon icra hakimiyyətinin qarşısı abadlaşdırılmış, bir sıra küçələrdə səkilər bərpa olunmuş, o cümlədən Bakı-Qazax magistral yolunun Ağstafa şəhərinin ərazisindən keçən hissəsində piyadaların təhlükəsiz keçidi üçün səki salınmış, Ağstafa Mədəniyyət Mərkəzinin ətrafında təmir-tikinti işləri aparılmış, bəzi ərazilərdə avtomobil yolları genişləndirilmiş və s. işlər görülmüşdür.

Rayon mərkəzindəki çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Artıq xeyli vaxtdır ki, dövlət başçısının ayırdığı vəsaitlə həmin binaların təmirinə başlanılmışdır. Qısa vaxt ərzində onların dam örtükləri dəyişdirilmiş, giriş hissələri əsaslı şəkildə təmir edilmiş, ətrafları abadlaşdırılmış, işıqlandırma qurğuları quraşdırılmış, bəzilərinin həyətində istirahət guşələri yaradılmışdır. Bu istiqamətdə işlər davam edir. O cümlədən, Ağstafa şəhərinin şimal-şərq hissəsində dairə abidə kompleksinin ətrafındakı küçədə dekorativ hasar tikilir. Heydər Əliyev prospektində yerləşən ictimai və fərdi tikililərin, habelə sahibkarlıq obyektlərinin fasadlarında aparılan təmir-bərpa işləri isə yekunlaşmışdır. Həmçinin başqa bir küçədəki 4 mərtəbəli çoxmənzilli yaşayış binasının fasadları rənglənmiş, vətəndaşlar tərəfindən inşa edilən qanunsuz tikililər sökülərək yerində abad həyət yaradılmışdır. Digər çoxmənzilli binaların da həyətləri asfaltlanmış, eləcə də Şəhidlər xiyabanına gedən yola asfalt-beton örtük salınmışdır. Onu da qeyd edək ki, qış mövsümünə hazırlıq məqsədilə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırma bacaları da təmizlənmişdir.

Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində də işlər davam edir. Hazırda Sadıqlı kəndində 360 şagirdlik məktəb binasının tikintisində son tamamlama işləri görülür. Həsənsu kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə 420 şagirdlik yeni məktəb binası tikilir. Göycəli kəndində isə 360 şagirdlik məktəb binasının istilik sistemi yenidən qurulmuşdur. Məktəbəqədər tərbiyə müəssisələrinə gəldikdə, bu sahədə Vurğun qəsəbəsindəki, eləcə də Düzqışlaq və Köhnəqışlaq kəndlərindəki körpələr evi-uşaq bağçaları təmir olunmuşdur. 

Rayonun yollarında aparılan yenidənqurma işləri də sürətlə davam edir. Hazırda 2,8 kilometrlik Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Dağ Kəsəmən kəndinin mərkəzi küçəsinin isə yenidən qurulmasına başlanılmışdır. Nəzərdə tutulmuşdur ki, 2,2 kilometrlik küçəyə asfalt örtüyü döşənsin, səkilər yenidən qurulmaqla işıqlandırılsın.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM