18 Aprel 2021 00:18
617
Elm və texnika
A- A+

96 yaşlı sehrli ayna

 

Televizoru hazırlamaq üçün biskvit qutusundan istifadə edildi…

 

XX əsrin əvvəllərində meydana gələn televiziyanın ilk sistemləri mexaniki olub. O zaman televiziya yalnız təsviri göstərib. Televiziyanın ilk mexaniki modulunu 1884-cü ildə alman mühəndisi olan Paul Qatlib Nipkou hazırlayıb. O, fırlanan metal diskin köməyi, teller vasitəsilə şəkillərin göndərilməsinə nail olub. Bu texnologiya “elektrik teleskop” adlandırılıb.

Təsvirin məsafəyə ötürülməsi ideyasını mümkün edən Nipkov 1866-cı ildə ideyasını patentləşdirib. Lakin o vaxt insanların düşüncə səviyyəsi belə bir ideyanın qəbuluna hələ tam hazır deyildi. 1873-cü ildə Smit tərəfindən icad edilən fotoeffekt televiziyanın kəşfi yolunda növbəti uğurlu addım oldu. Bu kəşfdən ruhlanan Nipkov ideyasını gerçəyə çevirmək üçün daha bir addım atdı. O, 1884-cü ildə skanlaşdırılan diski ixtira etdi. 1906-cı ildə M.Dikman, K.Ferdinanda və Q.Olage təsvirin ötürülməsi üçün enerji mərkəzini - ekranı təkmilləşdirdilər.

Əksər mənbələrdə elektron televizor patentinin məhz Boris Rozinqə məxsus olduğu qeyd edilir. İlk hərəkətsiz təsvir yayımı məhz 1911-ci ildə bu alimin adı ilə bağlansa da, əsas ixtiraçı kimi şotland mühəndis Con Logi Berd göstərilir. Bu isə təsadüfi deyildi. Lap uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən generator quraşdıraraq Şotlandiyanın Helesburq şəhərində gecə işığı yanan ilk evin sakini məhz Berd olmuşdu.

1898-ci ildə anadan olan gələcək ixtiraçı 12 yaşında ikən evdə balaca bir “telefon stansiyası” qurmuşdu. Bu da ona evdən kənarda dostlarıyla telefonla danışmaq imkanı verirdi. Berdin növbəti fantaziyası axır ki, ilk televizorun gerçək simasını müəyyən etdi: 1925-ci ildə o, biskvit qutusu ilə ikinci bir karton qutunu adi tikiş iynəsi ilə birləşdirib, içərisinə avadanlığını yerləşdirdi və uzaq məsafəyə ötürülən sifət görünüşünü “tutmağı” bacardı. Gənc ixtiraçı 1925-ci il iyunun 25-də bu kəşfini patentləşdirdi. Qutusuna “televizor” adını qoymaqla, Berd əslində tarixdə öz yerini bir qədər də möhkəmləndirdi.

1929-cu ildə o, ilk televiziya stansiyasını qurdu. Eyni zamanda BBC ilə razılaşma əsasında televiziya verilişlərinin hazırlanmasına start verdi. Tezliklə televiziya bütün dünyaya yayıldı.

1937-ci ildə İngiltərədə elektron şüa borulu televizor kəşf edildi və bu kəşf  mexaniki televizoru üstələdi.

1950-ci illərdə, demək olar ki, əksər amerikalı artıq televiziya tamaşaçısı idi. Beləliklə, İkinci Dünya müharibəsindən sonra ABŞ və Qərbi Avropa ölkələrində televiziya erası başlandı. Dünyanın ən güclü ikinci ölkəsi sayılan SSRİ isə bu texniki nailiyyəti 1931-ci il aprelin

30-da Moskvada gerçəkləşdirilən ilk sınaq verilişində tətbiq etdi. Həmin ilin oktyabrından vaxtaşırı verilişlərin yayımına start verildi.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video