16 Oktyabr 2021 00:44
1298
ELANLAR
A- A+

50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq “Azercell” Eksklüziv mağazalarında

 

Daha öncə elan edildiyi kimi, “Apple Inc.” şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” 15 oktyabr tarixindən etibarən ölkəmizdə ən son model iPhone cihazlarının satışını gerçəkləşdirir.

Uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları artıq “Azercell” Eksklüziv mağazalarında müştərilərin ixtiyarına verilib. Ölkə ərazisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Azercell”  qeyd olunan “Apple” şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, “Azercell”in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.

Xatırlatmaq istərdik ki, hələ 8 oktyabrdan etibarən yeni iPhone modellərinin limitsiz imkanlarını “Azercell”lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılmışdı.

Ən müasir texnologiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.

Ətraflı məlumat üçün https://www.azercell.com saytına daxil ola bilərsiniz.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video