10 Yanvar 2012 12:01
342
İQTİSADİYYAT
A- A+

48 min uşaq ARDNŞ-dən hədiyyə alıb

 

ARDNŞ-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə uşaqlar üçün təşkil etdiyi şənliklər başa çatıb.

Bu il şirkət ümumilikdə 48 min uşağı hədiyyələrlə sevindirib. Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq bağçaları və mədəniyyət saraylarında, eləcə də Çilov adasında keçirilən musiqili-əyləncəli tədbirlər balacalara əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şənliklərə neftçilərin övladları ilə yanaşı, ayrı-ayrı uşaq evlərində məskunlaşan və internat məktəblərində oxuyan, həmçinin aztəminatlı ailələrdən olan uşaqlar da qatılıb. Onların hər birinə şirkət tərəfindən bayram hədiyyəsi təqdim edilib. Bayram tədbirlərində keçirilən şən və maraqlı viktorinaların qalibləri isə müxtəlif oyuncaqlarla mükafatlandırılıb.

Uşaqlara bayram sevinci yaşadan tədbirlər ARDNŞ-nin 39 uşaq bağçasında Sosial İnkişaf İdarəsinin Məktəbəqədər Təhsil Departamenti, 6 mədəniyyət sarayında və Çilov adasında isə Mədəniyyət və İstirahət İşləri Departamenti tərəfindən təşkil olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video